!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəfəsdən çıxmağa çalışmaqdansa, qəfəsi içinizdən çıxarın… – Tamilla Qulamı yazdı…

!Reklam – Yazi

12387731_1056568821073889_1664525977_nBir liderin böyüklüyü inancların dərinliyi, həvəslərin yüksəkliyi, baxışların genişliyi və sevgisinin mənzili ilə ölçülür… (c)

 Son zamanlarda ölkədə baş verən proseslərdə gördüklərimdən kiçik bir yazıyla fikir bildirmək qərarına gəldim. Ölkənin iqtidar-müxalifət münasibətinə nəzər salıram, bəzən içimdə olan optimist fikirlərimi açıq deməyə cəsarət etmirəm ki, deyəcəklər sadəlövhsən. Yaxın dostlar da ölkədə nəinki məmurların, heç vətəndaşlarımızın özünün öz vəzifəsini yerinə yetirə bilməməsini qiymətləndirə bilmirsə, hətta niyə siyasətdəsən deyib qınayırlarsa, işin lap çətindir. Çünki ətrafındakılar sənlə çiyin-çiyinə verib gerçəkdən də ölkə üçün, millət üçün, (hərdən bu ifadəni işlətməkdən də çəkinirəm) ÖZÜ ÜÇÜN bir şeylər etməyə kömək edəcəksə, o zaman yaxşı bir şeylərə nail olunacağı mütləqdir. İnam elə ölüb ki, kimsə artıq nəyinsə yaxşı olacağına inanmır.

Bu mövzuya başqa yazımda dönəcəm. İndi isə lider saydığımız şəxslərdən bəhs etmək istəyirəm.

Liderlər… Liderlər bir-birləriylə elə bir dillə danışırlar ki, hərdən düşünürəm ki, görəsən nə zamansa onlar dövlət adına bir masaya əyləşib hansısa məsələnin həllinə münasibət bildirərlərmi, birlikdə çözməyə cəhd edərlərmi görəsən?!

Baxırsan ki, rəqibləri haqqında elə danışırlar ki, görəsən o cür təhqirlərdən sonra necə hökümət qura bilərlər axı? Hər kəsin də niyyəti demokratikləşmiş bir ölkənin olmasıymış. Nə deməkdir demokratikləşmə? Demokratikləşmə də elə uzlaşma demək deyilmi? Bəs uzlaşmanın təməli nədir? Sayğı deyilmi?

Bir-birlərinə qarşı nəzakət, sayğı göstərməyən, keçmişdə, bu gündə baş verən uğursuzluqlarda bir-birlərini dayanmadan günahlandıran liderlər az qala üz-üzə gəlməkdən utanan halda ikən necə bu millət üçün çalışacaq? Əsas da bilirsinizmi nədir? Hər liderin arxasında dayanan, ona inanan gənclər də bir araya gələ bilmir, bir masa arxasında əyləşməyə çəkinir ki, birdən partiyasında onu satqın adlandırarlar.

Beləcə də insanları da ətrafımıza toplaya bilmirik. Mesajlarımız yanlışdır, bəylər, xanımlar… Dava ilə birlik olmur! Rəhminiz gəlsin bu cəmiyyətə… Millətimiz siyasiləşməyib. Dediklərinizi qavramaqda çətinlik çəkir. Bir az içdən olun, bir az onlardan olun, onlar olun… Çoxmu çətindir millət olmaq?

Siyasi partiyalar əlbəttə öz təbliğatlarını aparmaqda azaddırlar, sərbəstdirlər, əlbəttə ki, öz rəqiblərini müzakirə edəcəklər amma kimsənin kimisə təhqir etməyə haqqı yoxdur.

Diqqət edin ki, deməyə sözü olmayanlar elə bağırıb-çağırır, haqlı-haqsız ətrafa həqarətlər yağdırmaqla bəzən öz əksikliklərini qapatmaq istəyirlər. Təəssüf ki, cəmiyyətimiz də çox vaxt kimin nə dediyinə deyil, kim əlini masaya möhkəm çırpsa, onu qəhrəman edir, ona inanır, ona yönəlir.

 

Bir baxın, qərb liderləri arasında boğazını arıtlayıb var gücüylə bağıran varmı? Fikirlərimizi bağırıb-çağırmadan oturub sakit anlatmağı, məsələlərimizi digərlərinə həqarət etmədən dartışmağı öyrəndiyimiz zaman ancaq siyasi dialoq mədəniyyətinə sahib olaraq, mədəni Azərbaycan, demokratikləşmiş cəmiyyətin təməllərini atmış olacağıq. Belə getsə, 50 il sonra da eyni yerdə sayacağıq, xəbəriniz olsun. Bəlkə niyyət elə budur, bilmirik biz?!

Üslublar o qədər önəmlidir ki.  Bəlkə də hamımız eyni şeyi istəmiş kimi görünürük amma vallah da, billah da əziyyət çəkən bu xalq, bu gənclikdir. Nə zaman bir araya gəliriksə, işimiz lider saydıqlarımızın atdığı addımları müzakirə edib, hansı haqlı, hansı yanlış olmasını sübuta çalışmaqdan bütün enerjimiz gedir.

Halbuki fərqi yoxdur, bu ölkədə hansı siyasi mənsubiyyətə malik olursa-olsun birinin haqqı tapdanırsa, hamılıqla sahib çıxmağı, müdafiəsinə qalxmaq cəsarətinə, iradəsinə malik olmalıyıq.

Biz eyni düşüncəni uyğun üslubla ifadə edib müsbət nəticələrə varmalıyıq. Əks halda qazandığımız nə olacaq ki? Zatən itirhaitirdəyik…

 

www.yenicag.az

940
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv