“Qələbəyə doğru” kuboku uğrunda intellektual yarışın final oyunu keçirilib

Müəllif: Redaktor

Editor

????????????????????????????????????

Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın 93-cü ildönümünə həsr olunmuş respublika üzrə “Qələbəyə doğru” intellektual yarışmanın final mərhələsi keçirilmişdir.

Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nəsimi rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı dövlət Universitetinin birgə təşkilatçılığı ilə dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Görkəmli oftolmoloq- alim Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə “Qələbəyə doğru” kuboku uğrunda intellektual yarışmanın final mərhələsi keçirilmişdir.

Tədbirdə Respublikanın tanınmış alimləri və ziyalıları iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Zərifə xanım Əliyevanın məzarüstü abidəsini ziyarət etmişdir.

Tədbiri giriş sözü ilə açan Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbir iştirakçılarının salamlamış və bildirmişdir ki, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbirlər keçirir. Qeyd olunmuşdur ki, Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə “Qələbəyə doğru” intellektual yarışa 29 mart 2016-cı ildən start verilmiş, 29 mart-19 aprel 2016-cı il tarixlərində 9 regionda Azərbaycanın bütün şəhər və rayonlarını təmsil edən komandaların iştirakı ilə regional seçim turları keçirilmiş, seçim turlarında fərqlənən 12 komanda final yarışlarında iştirak hüququ qazanmışdır.

Sonra Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, millət vəkili Əhliman Əmiraslanov və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov görkəmli alim, akademik Zərifə Əliyevanın həyat və yaradıcılığından geniş söz açmışlar.

Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Nur dolu ömür” adlı film nümayiş etdirilmişdir.
Tədbirin rəsmi hissəsindən sonra yarışa start verilmiş, final yarışında I yeri İsmayıllı rayonunun komandası, II yeri Nizami rayonunun komandası və III yeri isə Bərdə rayonunun komandası qazanmışlar. Qaliblərə “Qələbəyə doğru” kuboku, diplomlar və qiymətli hədiyyələr verilmişdir.

Sonda komandalar xatirə şəkli çəkdirmişlər.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır