!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qənbər Bəybalayev: məmur yoxsa fermer?

!Reklam – Yazi

azerrvgAzərpoçt MMC-nin direktorunun Türkiyəyə gizli səfərinin əsl səbəbi nədir?

Artıq bir müddətdir ki,bir çox dövlət məmurlarının nurçularla işbirliyinin əsl səbəbi bəlli olur. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə nurçularla əlaqəsi olan bir çox yüksək rütbəli dövlət məmuru tutduqları postlardan uzaqlaşdırılıblar. Bu günlərdə AZERİNFO.ORG-un elektron poçtuna Azərpoçt MMC-nin işçisi tərəfindən iginc məktub daxil olub. Poçtumuza daxil olan bu məktubu olduğu kimi oxucularımıza təqdim edirik:

“Hörmətli redaksiya.Ölkəmizdə nurçululara qarşı aparılan mübarizə fonunda hələ də bir çox məmurlar gizli şəkildə pul qazanır. Ölkədə nurçulara qarşı aparılan bu mübarizədən cəkinməyərək hələ də onlarla işləyən dövlət məmurlarından biri də Azərpoçt MMC-nin baş direktoru   Qənbər Bəybalayevdir.Özünü alim kimi təqdim edən Qənbər Bəybalayevin bu adı necə alması haqqında müxtəlif mətbu orqanlarda məlumat verilib. Mən sadəcə Azərpoçt MMC-nin baş direktorunun qardaş Türkiyəyə mütanmadi səfərlərinin əsl səbəbini sizlərə catdırmaq istəyirəm.Qənbər Bəybalayev mütamadi olaraq səfər etdiyi Türkiyədə nurçuların tədbirlərində iştirak edir və onların Azərbaycanda əsas əlaqələndiricisi rolunu oynayır.Qənbər Bəybalayevin yüksək posta təyinat almasında nurçuların xüsusi rolu var.

Ən maraqlısı odur ki,vəzifədə sürətlə yüksələn Qənbər Bəybalayev Azərbaycan Respublikasının Baş Naziri Artur Rasizadənin 22 iyun 2005-ci il tarixli 115 saylı Qərarı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Kollegiya üzvü təyin edilir. Bundan sonra Türkiyəyə səfərləri mütamadi hal alan Qənbər Bəybalayev bu yolda külli miqdarda pul da qazanıb. Azərpoct MMC dövlətin tabeliyində olsa da həqiqətdə Qənbər Bəybalayevin şəxsi mülkü saymaq olar. Maraqlıdır ki,rəsmi sənədlərdə Azərpoçt MMC-nin daxili gəliri həddən artıq azdır.Amma Qənbər Bəybalayevin pul qazanmağın yollarını yaxşı bilir. Hal-hazırda hər sey muasirləşib.Yəni insanlar komunal xərclərini evində oturaraq komputer vasitəsi ilə ödəyir.Eləcə də hər bir bank əməliyyatlarını da ayrı-ayrılıqda bakların bankomatları tərəfindən ödənilir.Qanuna əsasən Azərpoçt apardığı əməliyatların cüzi %(faizi) hesabına dolanmalıdır.Yəni işçi qüvvəsinə (əməkdaşlarına)əmək haqqı verməlidir. Sual meydana çıxır ki,dövlət səviyyəsində,yəni daxildə poçt sahəsində əməlıyyatlar aparılmırsa və aparılan əməliyyatlar əsasında daxil olan müəyyən % hesabina işçi qüvvəsinə əmək haqqı vermək mümkün deyilsə, o zaman Qənbər Bəybalayev milyonları hansı yollarla qazanır?. Qənbər Bəybalayev bahalı maşınları,hər biri  450-500 min manata bərabər 6-7 villaları, təm-təraqlı  bahalı mənzilləri hansı pullarla əldə edib? Sizə bildirmək istəyirəm ki,Azərpoçt rəhbəri Qənbər Bəybalayevin qazanc mənbəyi xarici olkə vətəndaşları ilə bağladığı müqavilələr və daxildə bir necə sirkətin rəhbərləri ilə bağladığı müqavilələr hesabına gələn pullardır.  Bağlanan müqavilələrə əsasən bu pullar Azərpoçt MMc-nin balansına oturmalıdır. Amma  bağlanan müqavilələrin qiyməti simfolik olur. Müqavilədə göstərilməyən milyonlarla dollar isə Qənbər Bəybalayevin cibinə gedir. Məhz bu səbədəndir ki,bu gün Azərpoçt-da işləyən işçilər öz halal əməkhaqlarını ala bilmir. Onlarla işçi qeyri-qanuni olaraq Qənbər Bəybalayevin şəxsi mülklərində calışır. Ən maraqlısı isə nurçuların Azərbaycana puldaşıyıcısı rolunu oynayan Azərpoçt şefi bu pullar hesabına Quba rayonu ərazisində böyük fermer təsərrüfatı yaradıb. Maraq üçün bildirim ki, bu fermada calışmış Azərpoçt işçilərinin birinin dediyinə görə Qənbər Bəybalayevin 5000 baş qoyunu və 200 baş iribuynuslu malqarası var. Bir sözlə işçisinə pul vermək istəməyən Azərpoçt şefi özünə məhz dövlətin pulu illər böyük sərvət toplayıb.”

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

www.yenicag.az

1178
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv