!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qəndab Quliyeva dünyasını dəyişdi - SON DƏQİQƏ(Yenilənib)

!Reklam – Yazi

Məşhur xanəndə, Xalq artisti Qəndab Quliyeva dünyasını dəyişdi.

Xəbər verdiyimiz kimi xanəndənin oğlu Hafiz bir saat öncə Yenicag.az-a anasını süni nəfəs aparatından ayıraraq, evə apardığını söyləmişdi. Bu dəqiqələrdə Hafizdən aldığımız məlumata görə, Qəndab xanım dünyasını dəyişib. Xalq artisti ilə vida mərasimi sabah keçiriləcək. O ki qaldı səhnəmizin “Leyli”sinin harada dəfn olunacağına bu sualı oğlu belə cavablandırıb:

“Bu barədə Mədəniyyət Nazirliyi ilə danışacağıq. Görək haranı məsləhət bilsələr, anamı orda da dəfn edəcəyik”.

Allah rəhmət eləsin!

***

Dünən gecə saatlarında Mətbuat.az saytının yazdığına görə məşhur xanəndə, Xalq artisti Qəndab Quliyeva dünyasını dəyişib.

Xanəndənin oğlu Hafiz Yenicag.az-a anasının süni nəfəs aparatından ayırıb, evə apardığını dedi:

“İstəyirik ki, o, son dəqiqələrini evində keçirtsin”, deyən Hafiz göz yaşlarını saxlaya bilməyib.

Cəvahir

Yenicag.az

www.yenicag.az

3136
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv