!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qənirə Paşayeva qəzəbləndi: "Belələrinin yeri həbsxanadır"

!Reklam – Yazi

Qanunlarımızda kiçik yaşlı uşaqlara qarşı cinsi təcavüz edənlər üçün cəzalar həddindən artıq sərtləşdirilməlidir.

Yenicag.az xəbər verir ki, bu təşəbbüslə millət vəkili Qənirə Paşayeva çıxış edib.

O, bu barədə şəxsi “facebook” səhifəsində yazıb: “Milli Məclisin iclasları başlayan kimi ilk çıxış edəcəyim mövzuların önündə gəlir bu məsələ. Yetər artıq! Bu gün bu xəbəri dəhşət içərisində oxudum. Şərəfsizliyin, əxlaqsızlığın ən yüksək nöqtəsidir. Belələrinə insan deməyə dilim gəlmir. 9 yaşlı kiçik bir qıza, baldızının övladına, yəni öz ailəsinin üzvünə qarşı bu cür namussuzluq edən birisi cəmiyyət üçün ən təhlükəli insanlardandır. Ailələr bu cür hadisələr baş verdikdə gizlətməməlidirlər, hüquq-mühafiqə orqanlarına müraciət edib, bu cür insanlıq adına ləkə olanların ağır cəzalanmasına nail olmalıdırlar ki, başqalarına dərs olsun. Eyni zamanda bu cür əxlaq sahibinin cəmiyyətdə rahat dolaşması mütləq başqa birisinin də övladını və ya övladlarını böyük təhlükə qarşısında qoya bilər. Belələrinin yeri həbsxanadır, cəmiyyətdən təcriddir və məncə bundan da sərt cəzaları haqq edirlər.

Millət vəkili Fazil Mustafanın bununla bağlı mətbuatda səslənən təkliflərini də dəstəkləyirəm. Gör insanı psixoloji olaraq hansı vəziyyətə gətirirlər ki ən ağır, ən sərt cəzaları dəstəkləyirik. Pedofiliya (uşaqbazlıq) təssüf ki, dünyanı narahat edən problemdir və bizim də ona qarşı mübarizəmiz  sərtləşməlidir. Kiçik yaşlı balalarımızı bu cür məxluqların əlindən qorumaq üçün bütün cəmiyyət diqqətli olmalıyıq və onları daha yaxşı qorumaq üçün ümumi mübarizəmizi gücləndirməliyik”.

Qeyd edək ki, bu gün mətbuatda xalasının əri tərəfindən 9 yaşlı qıza təcavüz edilməsi ilə bağlı xəbər yayılıb. Millət vəkili də məhz bu məsələ ilə bağlı fikirlərini bildirib.

Yenicag.az

 

www.yenicag.az

1093
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv