Ads by Google

hightechnic
Ads by Google

12115589_763371303774911_6625602810098818008_nRabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron idarəçiliyin inkişafı şöbəsinin müdiri Elnur Aslanovun müsahibəsindən sonra digər Gülən müridlərinin aktivləşəcəyi gözlənilən idi. Belə ki, dövlətin milli təhlükəsizlik, rabitə və digər sektorlarda ciddi bir dəyişikliyə gedəcəyi ərəfədə onların səssiz qalacağı onsuz da gözlənilmirdi. İllərlə dövlətin sərvətini lazımsız və ya lazımi olduğu halda “öldürülən” lahiyələrlə yeyən şəbəkə il yarım öncə yediyi zərbənin qisasını almağa başladı.

Dünyadakı böhranın Azərbaycandan da yan keçməməsini fürsət bilən azərbaycanlı fətullahçılar 2011-ci ilin 11 mart aksiyası zamanı necə susqun idilərsə, bu gün dövlətə qarşı “qisas günü”nü elan edənlərlə eyni səfdə yer alırlar.

Artıq Elnur Aslanov-Ceyhun Osmanlı-Elşad İskəndərov komandasının ayrı-ayrı üzvləri dövlətə qarşı kinlərini gizlətmirlər. Biznes üçün getdikləri yerləri mühacirət hesab edənlər “Bizi ölkədən kənarda yaşamağa məcbur edən səbəblər çoxdur, gün gələr hesabı çəkilər” (Vüsal Qurbanov) deyərək, zəiflədiyini hesab etdikləri Azərbaycan dövlətinə əzələ nümayiş etdirirlər.

Maraqlıdır ki, özlərini Hüseyn aşiqi adlandıraraq, zülmə boyun əyməyəcəklərini söyləyən fətullahçılar nəyi zülm hesab edirlər? İllərlə dövlətin pulunu dağıtdıqları üçün onlara heç kimin güldən ağır söz deməməsinimi? Yoxsa, hələ də kadrlarının dövlətinən önəmli qurumlarında söz sahibi olmasınımı? Bəlkə yenə də dövlətin böyük proyektlərində bir dövlət məmurundan on qat artıq maaşla gün keçirməklərinimi?

Xüsusilə, Azərbaycan prezidentinin süni bahalaşma ilə bağlı sözlərini sosial şəbəkələrdə dillərinə dolamaqları (Ayaz Salmanov və başqaları), üstüörtülü və açıq şəkildə xalqı və dövləti tənqid və təhqir etmələri Aslanovun kadrlarının “Nida” Gənclər Hərəkatının yerinə iddialı olduğunu göstərməkdədir. Nəzərə alsaq ki, “Nida”dan fərqli olaraq, bu qrupun əksər üzvləri hələ də dövlət qurumlarında çalışırlar, o zaman alın sizə NUR topu kimi təhlükə…Elnur-Ceyhun

Diqqətlə izlədikdə, bütün bunların Azərbaycanın Saakaşvilisi olmaq istəyən Elnur Aslanovun və Nino Burcanadzenin postuna iddialı olan Ceyhun Osmanlının planlarının tərkib hissəsi olduğunu görmək olar. Belə ki, beş illik parlament dövründə ağzına su alıb susan, heç bir dövlət qurumu haqqında tənqidinə şahid olmadığımız C.Osmanlı da son dövrlərdə susmaq bilmir. Dövlətin həssas bir dönəmdən keçdiyi dövrdə vergi, gömrük, bank kimi xalqın onsuz da narazı olduğu və islahatların aparıldığı sahələrlə bağlı ard-arda statuslar yazan Ceyhun Osmanlı əsasən orta təbəqəni hədəf seçib. Əlbəttə, bu sahələrdə problemlərin olduğunu dövlət də inkar etmir və ölkə başçısının son islahatları da məhz bu sahələrdəki özbaşınalıqlara qarşıdır.46873897-48c3-40d4-b30f-1bae28ec6ef82f7f9ee4-a7f1-48dd-890a-6b9277719040

Ölkədəki intiharlara diqqət çəkərək, millətin əsəb damarını yoxlayan C.Osmanlı bir statusunda belə
yazır:

“Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsinə təklif edirəm ki, araşdırsınlar ki, son 5 ildə kredit intiharlarına görə neçə ailə başsız qalıb, neçə qadın ərsiz qalıb və neçə uşaq valideynsiz qalıb.

Eyni zamanda problemli kreditləri təhlil edərək proqnoz versinlər ki, yaxın 5 ildə neçə intihar gözlənilir.

Sonra o uşaqların sayını Qarabağ müharibəsində başsız qalıb internata yerləşdirən uşaqların sayı ilə müqayisə etsinlər.

Ya çıxış yolu təklif etsinlər ya da yeni internatların tikintisinə indidən başlasınlar”.

Maraqlıdır ki, Ceyhun Osmanlı millət vəkili olduğu dönəmdə xalq arasında intihar körpüsü olaraq, adlandırılan “Koroğlu” körpüsünə çıxaraq, intihar etmək istəyən xeyli vətəndaş olsa da, hər hansı birinə yardım etdiyini və ya problemini dilə gətirdiyini görən olmayıb.

ceyhun_osmanli3Və ya sabiq deputatın Dubay ilə bağlı xatirələri nədənsə, ölkə mətbuatında vergi və gömrük probleminin qabardıldığı dönəmə təsadüf edir: “Məhkəmələr qanunu pozanların göz yaşlarına vəya yaş gözlərinə məhəl qoymur”, “insanlar birdəfəlik bu qaydaları mənimsəyib iş görür, imitasiya etmir”, “xalqın dilində Vergi və gömrük kimi fenomenlər yoxdur. Amma hər kəs gömrük və vergi ödənişlərini məmnuniyyətlə ödəyir”, “şirkətlər dövriyyələrini gizlətməyə yox, artırmağa çalışırlar ki, banklar qarşısında daha hörmətli görsənsinlər. Yaxşı müştəri banklara “papaq” vermir, banklar yaxşı müştəriyə “papaq” verir”. Qısacası, gündəmi izləyən Ceyhun Osmanlı istər bank kreditləri, istərsə də digər sosial problemlərlə bağlı özünü millətə canıyanan göstərir.

Fəqət Anadolu türkləri demişkən, “aynası işdir kişinin, sözə baxılmaz”. Beş illik fəaliyyəti dönəmində Ceyhun Osmanlı əhalinin sosial rifahının artması yönündə hansı təklifləri verib, kimin sınan barmağına ilk tibbi yardım göstərib, bəlli deyil. Beş il xalqı unudan sabiq deputat mandatsız qalan kimi xalqın varlığını xatırlayıb.

Doğrudur, Ceyhun Osmanlı deputat fəaliyyətindən danışmağı da özünə borc bilib. Qeyd edib ki, o, millət vəkili olaraq, özü üçün deyil, xalq üçün nazirlərdən xahiş edirmiş: “Milli Məclisin deputatı seçilərkən qaldırdığım ilk məsələ yollarda quraşdırılan monitor və yol nişanlarında işğalda olan rayonlarımızın adı və onlara məsafələrin göstərilməsi idi. İnsanların hafizəsinə əbədi həkk olması baxımdan bu çox mühüm idi. Nəqliyyat Naziri Ziya Məmmədovla görüş zamanı da etdiyim yeganə xahiş bu idi. Hətta Ziya müəllim ondan şəxsi deyil, ictimai əhəmiyyətli xahiş etməyimə çox təəccüblənmişdi”.

ceyhun_osmanli1Maraqlıdır ki, “xalq qəhrəmanı” olmaq yolunda Brejnevsayağı addımlayan Ceyhun Osmanlı tarixi unudub. Belə ki, həmin təklifin müəllifinin o olmadığını Milli Məclisin arxivi yalanlayır. Belə ki, həmin təklifi parlamentdə səsləndirən millət vəkili Qənirə Paşayeva olub. Milli Məclisin 11 dekabr 2012-ci il tarixli sessiyasında təklif Q.Paşayeva tərəfindən gündəmə gətirilib. Belə ki, həmin dövr mətbuatı yazırdı: “Millət vəkili Qənirə Paşayeva parlamentdə çıxışı zamanı Ermənistanın işğalı altında olan torpaqlarımıza gedən yolların üzərində məlumatverici-göstərici nişanların qoyulmamasından narazılıq edib. Xanım parlamentari Bakıdan Qarabağa gedən yolda işğal altındakı ərazilərimizə nə qədər məsafə qaldığı barədə işarələrin olmadığını təəssüflə qeyd edib. “Çətindir ki, yollarda işarə qoyulsun ki, bu yol Xankəndinə, Xocalıya, Laçına, Şuşaya gedir? Çətindir ki, yollarda işarə qoyulsun ki, Xankəndinə, Xocalıya, Şuşaya, Kəlbəcərə bu qədər məsafə qalıb?”-deyə, o, sözlərinə əlavə edib”.

Elə Yenicag.az-a son müsahibəsində də Qənirə xanım bu məsələ ilə bağlı davamlı olaraq iş apardığını diqqətə çatdırıb. “Bununla bağlı Nəqliyyat Nazirliyi, yollarla bağlı olan digər  qurumlar qarşısında yazılı və şifahi olaraq, məsələ qaldırmışam. Rayon icra qurumlarına çağırışlar etmişəm və bunun önəmini hər zaman vurğulamışam, bu gün də vurğulayıram. Bu istiqamətdə görülən işlər yetərli deyil, onu çoxaltmaq lazımdır. Belə yol nişanları və xəritəni sadəcə Bakıdan gedən yol üzərinə deyil, digər bölgələrimizdən gələn yollar üzərinə də yerləşdirmək olar” deyən millət vəkili bu məsələni davamlı olaraq gündəmində saxladığını qeyd edib.

Yəni, yalançının şamı axşama qədər yanarmış…  Hamısı beş illik deputat dönəminin boş keçməsindəndir ki, xatirələrini canlandırdıqda, özü ilə bağlı nəsə müsbət bir element tapa bilmir. Ola bilsin ki, o da digər deputatlar kimi bu təklifi dəstəkləyib, fəqət özünü müəllif olaraq adlandırması başqasının haqqını yeməkdir. Dubayda az da olsa qul haqqı barədə məlumat əldə edibsə, bunun necə böyük bir günah olduğundan da xəbəri var.

Əslində, istər Vüsal Qurbanov, Ayaz Salmanov, Rauf Mərdiyev və digərlərinin aktivləşməsi, istərsə də Elnur Aslanov və Ceyhun Osmanlının “dilləri”nin açılması böyük oyunun parçalarıdır. Şəbəkə yenidən ayaqda olduğunun mesajını həm daxildəki üzvlərinə, həm də Azərbaycanda maraqlı olanlara verir. Hakimiyyət içində güclərinin hələ də olduğuna, müxalifətdən fərqli olaraq, iqtidarın onlara daha ağrısız keçə biləcəyini işarə edir.

Xalqın əsəb damarını yaxşı bildiklərini, istədikləri zaman insanları hərəkətə keçirə biləcəklərini bu yolla çatdırırlar. Xüsusilə, Ceyhun Osmanlının orta təbəqəyə və sahibkarlara ünvanlanan statusları göstərir ki, şəbəkə ilk olaraq, insanlara çörək verənləri hədəf seçib.

Qısacası, 2015-ci ilin ortalarında “dirilən” Şəbəkə sonlara doğru tamamilə “yuxu” modundan çıxdı. 2016-cı ildə bu Şəbəkənin bütün hücrələrinin oyanacağı gözlənilməkdədir. Hər halda “Saakaşvili” və “Burcanadze” ilk olaraq, 2014-cü ildə itirilən bütün mövqelərin bərpasını istəyəcəklər ki, plan problemsiz baş tutsun.

A.Ələsgər

Yenicag.az

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 185
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."