Qərbin silahı, Şərqin… – Qalib kimdir, məğlub kim?

Müəllif: Redaktor

Editor

elmeddin_behbud_kosheElməddin BEHBUD

Yanvarın 2-də Səudiyyə Ərəbistanının şeyx Nimr al-Nimr başda olmaqla 50-yə qədər müxalif ruhanini edam etməsindən sonra İranla gərginləşən münasibətlər fonunda medianın diqqət ayırdığı mövzulardan biri də hər iki ölkənin silahlı qüvvələrinin potensialıdır. Ancaq görəsən tərəflərdən birinin digərindən hərbi cəhətdən üstün olması nəyi həll edir ?!…

2013-cü ildə dünya dövlətləri arasında silah satışına dair imzalanan sazişlərin maliyyə dövriyyəsi 56,8 mlrd. dollar, 2014-cü ildə 64,4 mlrd dollar olub. Ötən il isə bu rəqəmin 75 mlrd. dollardan artıq olduğu bildirilir. 2015-ci ildə başda ABŞ olmaqla müxtəlif ölkələrdən silah idxal edən 10 ölkədən 5-i Yaxın Şərqin müsəlman dövlətləridir. Elə əvvəlki illərdə də eyni ərəb dövlətləri bu siyahıda öndə olublar.

2015-ci ildə ən çox silah satan 5 dövlətin isə ABŞ, Rusiya, İsveç, Fransa və Böyük Britaniya olduğu qeyd olunur. 2015-ci ildə ən çox silah satan şirkətlərdən də hamısı (Lockheed Martın, Raytheon, Airbus Group, UAC, United Tech Corp və s.) Qərb dövlətlərinindir. İlk onluğa daxil olna bu şirkətlərin heç biri müsəlman dövlətlərinə məxsus deyil. Bu riyazi rəqəmlər əsrlərdir davam edən, günümüzdə də Səudiyyə Ərəbistanı – İran qarşıdurması ilə açıq şəkildə özünü bir daha göstərən əksər müsəlman dövlətləri arasındakı məzhəb və kiçik nüfüz davasının hansı geosiyasi qütbün xeyrinə olduğunu növbəti dəfə göz önünə sərir …

Bir tərəfdə yüksək texnologiyalara əsaslanan emal sənayesi, intensiv kənd təsərrüfatı, adambaşına on minlərlə dollar düşən Ümumi Daxili Məhsul (ÜDM), üstün həyat səviyyəsi, bir sözlə beynəlxalq standartın ən yuxarı həddi ilə ifadə olunan sosial-iqtisadi inkişaf, digər tərəfdə isə zahiri nə qədər müasirliyə yaxın olasa da, batini məişət münasibətlərindən, təhsil səviyyəsinə, iqtisadi göstəricilərə qədər orta çağı xatırladan bir sistem. Hər bir tarixi dövrü səciyyələndirən 3 əsas xüsusiyyət var: istehsal vasitəsi, təhsil və mədəniyyət səviyyəsi. Sonuncuların altını xüsusi ilə cizməyə ehtiyac var, çünki inkişaf demək olar ki, bu iki komponentdən asılıdır. Sonsuz dərəcədə təəssüflər olsun ki, bu sahədə mənzərə azsaylı istisnaları çıxmaq şərti ilə o qədər də ürəkaçan deyil.
Əgər XXI əsrdə hələ də özlərini müsəlman dünyasının liderləri sayan Yaxın Şərq dövlətləri sadəcə Tanrının ərmağanı olan xammalı satmaqla əldə etdikləri vəsaiti insan kapitalının inkişafına yox, silah alınmasına sərf edirlərsə demək baş verə biləcək müharibədə kimin qələbə çalmasından asılı olmayaraq hər ikisi məğlubdurlar….


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir