!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qətər ərəb ölkələrinin tələblərini rədd edib

!Reklam – Yazi

Qətər ərəb ölkələrinin tələblərini rədd edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qahirədə Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir xarici işlər nazirinin iclasının nəticələrinə görə qəbul edilmiş birgə bəyanatda deyilir.

Bəyanatda ərəb ölkələri Dohanın ultimatumu rədd etmək qərarını təəssüflə qarşıladıqlarını bəyan ediblər.

Qeyd edək ki, iyunun 23-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Doha ilə münasibətlərin normallaşması üçün 13 tələb irəli sürdülər. Ərəb ölkələri, xüsusi halda, Qətərdən İranla diplomatik münasibətləri kəsməyi, Türkiyə hərbi bazasını bağlamağı və “Əl-Cəzirə” peyk telekanalını bağlamağı tələb etdilər. Bundan başqa, Doha yuxarıda adı çəkilən 4 ölkənin terrorçuluqda ittiham etdiyi bütün şəxsləri təhvil verməli idi.

Tələblərin yerinə yetirilməsi üçün Qətərə 10 gün vaxt verilmişdi. Daha sonra bu müddət Küveytin xahişi ilə daha 48 saat uzadıldı.

Yenicag.az

www.yenicag.az

1051
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv