!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qətərin taleyi Türkiyənin mövqeyindən asılı olacaq” – Politoloq

!Reklam – Yazi

Ərəb dövlətlərinin təcrid siyasəti ilə üzləşən Qətərin bu vəziyyətdən çıxmasında Türkiyənin mövqeyi mühüm rol oynayacaq.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru Mübariz Əhmədoğlu Yenicag.Az-a açıqlamasında ərəb dövlətləri ilə münasibətləri korlanan Qətər ətrafında hadisələrin mümkün inkişaf istiqamətindən danışıb.

Politoloq bu fikirdədir ki, Türkiyənin bu məsələdə tutacağı mövqe Qətərin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyacaq:

“Son bir ayda baş verən hadisələrin ardıcıllığına nəzər saldıqda, Yaxın Şərqdəki mənzərəni kökündən dəyişəcək bir gedişat olduğunu görürük. ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfərindən bir neçə həftə sonra Qətərin ərəb dövlətləri tərəfindən təcrid edilməsi təsadüfi deyil. Fikrimcə, Amerika Yaxın Şərq böhranını və Suriya münaqişəsini ABŞ-İran qarşıdurmasına transformasiya etməyə çalışır. Qətərə qarşı təzyiqlərin əsas səbəblərindən biri budur.

Eyni zamanda, Qətərə yönələn bu hücumların bir hədəfinin də Türkiyə olduğu qeyd edilə bilər. Bu, birmənalıdır. İndi çoxları maraqla gözləyir ki, Qətərin aqibəti necə olacaq? Ərəb dövlətləri Qətəri küncə sıxışdırırlar və Qərb də bundan məmnundur. İndiki şəraitdə Qətərin taleyi Türkiyənin hansı mövqe tutmasından çox asılı olacaq. Bundan başqa, İranın da Qətərə dəstək nümayiş etdirməsi Ankara ilə Tehranı birləşdirən məqamdır. Böyük ehtimalla, Türkiyə Qətərin bu böhrandan itkisiz çıxması üçün əlindən gələni edəcək”.

A. Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

1425
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv