Qəza nəticəsində QHT rəhbəri dünyasını dəyişdi

Müəllif: Redaktor

Editor

скачанные файлы (1)Daxili İşlər Nazirliyi QHT rəhbərinin ölümü ilə nəticələnən yol qəzası haqqında məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 23-də saat 15.00 radələrində Oğuz rayonunun Sincan kəndində Şəki şəhər sakini İlqar İlyaslı idarə etdiyi “Cherry” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Xəstəxanaya yerləşdirilən İ. İlyaslı orada ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, qəzada dünyasını dəyişən İ. İlyaslı Maarifçi Gənclər İctimai Birliyinin sədri olub.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir