Yazı İçi 468×60

206778_465200Səhər saatlarında Bakının Yasamal rayonu ərazisində, Qələbə dairəsi yaxınlığında ağır yol nəqliyyat hadisəsi baş verib.

Dövlət nömrə nişanı və markası bilinməyən avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Piyadalardan biri qadın, digəri isə kişi olub.

Hadisənin səhər saat 10:15 radələrində baş verməsinə baxmayaraq Təcili Tibbi Yardım briqadası əraziyə 11:00-da çatıb. Yerdə can verən hər iki piyada Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) aparılıb.

Qeyd edək ki, hadisə yerində çəkiliş aparan müxbirimiz mülki formada olan və özünü təqdim etməyən şəxsin hücumuna məruz qalıb. Həmin şəxs müxbirimizin mobil telefonunu əlindən alaraq ona təzyiq göstərməyə çalışıb. Təzyiq göstərən şəxs polis idarəsinin müstəntiqi olub.

Semaşko xəstəxanasından əldə etdiyimiz son məlumata görə, hər iki piyada aldıqları xəsarətdən klinikada keçiniblər.

AzadXeber.az-ın əməkdaşının lentə aldığı görüntüləri təqdim edirik:

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 25
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."