www.sinerjipro.net

SinerjiProWide
Reklam

e2f62bb2cebbdd01d70d1c8963ec4642Sənət aləminin bir çox tanınmış siması qəza zamanı dünyasını dəyişib.

Yenicag.az Axşam.az-a istinadən qəzada ölən yerli məşhurların siyahısını təqdim edir:

Müğənni Şəfa Hüseynova – 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində anadan olub. 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub. Şəfa “Geri dön” və “Sevgi qatarı” mahnıları ilə tanınıb.

Reper Hüseyn Dərya – 1975-ci il iyunun 29-da Bakının Bakıxanov qəsəbəsində anadan olub. 2014-cü il martın 14-də gecə saatlarında avtomobil qəzası keçirib. Martın 15-də səhər saatlarında 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Müğənni Rəcəb Musayev – Tamaşaçılar Rəcəbi “Yeni ulduz 2” müsabiqəsindən tanıyırdı. Yarışmanın qalibi olmuşdu. Mərhum müğənni 2011-ci ildə yanvarın 8-də yol qəzası keçirib. Ağır xəsarətlə 3 saylı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Müğənni Leyla – Leyla da tamaşaçılara “Yeni ulduz” müsabiqəsindən tanışdır. O, eyni zamanda “Əziz müəllimim” adlı məşhur mahnını ifa edən sənətçilərdən biri olub. Uzun müddət Rusiyada yaşayan Leyla Bakıya qayıtmış və sənəti ilə məşğul olmağa başlamışdı. Leyla gecə saatlarında evinə gedərkən avtomobili ilə qəza keçirib, dünyasını dəyişib.

Aktyor Ramiz Əliyev – Hər kəs onu “Çal-çağır” verilişində Böyük xanım rolu ilə tanıyırdı. Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının aktyoru idi. 2008-ci il avqustun 17-də avtomobil qəzası zamanı dünyasını dəyişib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 148
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.