!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qəzada ölən futbolçular arasında “İnter” və “Xəzər Lənkəran”ın futbolçuları da var

!Reklam – Yazi

futbolcu6Kolumbiyada qəzaya uğrayan təyyarədə dünyasını dəyişən futbolçulardan ikisi vaxtilə Azərbaycan klublarının şərəfini qoruyub.

“Şapekoense” klubunun futbolçularından Filipe Joze Maçado və Villiam Tieqo de Xesus bir vaxtlar Azərbaycan Premiyer liqasında top qovublar. Belə ki, Maçado 2010/2011 mövsümündə Bakı “İnter”ində, Tieqo isə 2014-cü ildə “Xəzər Lənkəran”da forma geyinib.

“360 Radio Colombia” avilaynerinin qəzaya uğraması nəticəsində göyərtədə olan 81 nəfərdən 6-nın sağ qaldığını bildirilir. Hazırda onlardan yalnız 5-nin adı məlumdur: “Chapecoense” futbol klubunun qapıçıları Danilo Padilya və Cekson Folmann, müdafiəçi Alan Rusşel, bələdçi Himena Suares və braziliyalı jurnalist Rafael Helzel.

Hadisə A seriyası təmsilçisinin “Sudamerikana” Kubokunun final qarşılaşması üçün Kolumbiyaya səfəri zamanı baş verib. Komandanı aparan hava gəmisi Braziliyadan Boliviyaya, ordan isə Kolumbiyaya getməli idi. Lakin təyyarə Medellin Beynəlxalq Hava Limanına eniş edərkən qəzaya uğrayıb.

Komanda sabah Kolumbiya klubu “Atletiko Nasional”la üz-üzə gəlməli idi.(aznews)

www.yenicag.az

684
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv