yenicag.az

Qəzaya uğrayan Azərbaycan təyyarəsinin – 53 yaşı var

Qəzaya uğrayan Azərbaycan təyyarəsinin – 53 yaşı var

Müəllif: Redaktor

Editor

1100Ötən gün Əfqanıstanda qəzaya uğrayan, Dövlət Mülki Aviasiya Administrasiyasının açıqlamasına görə, 7 nəfərin öldüyü Azərbaycanın”Silk Way” aviaşirkətinə məxsus An-12 yük təyyarəsinin 53 yaşı var idi.

Ukraynanın “Antonov” şirkətinin mətbuat xidməti “İnterfax-Ukraina” agentliyinə bildirib ki, təyyarənin istismar müddəti bu ilin oktyabrına qədər idi.

Məlumata görə, sonuncu dəfə 1991-ci ildə əsaslı təmirdən keçən təyyarə oktyabrdan sonra texniki baxışa göndəriləcək və sonrakı istismarının mümkünlüyü barədə qərar veriləcəkdi.

Təyyarənin SSRİ vaxtı 1963-cü ildə Daşkənd aviasiya istehsalat birliyində yığıldığı bildirilir. Təyyarə indiyə qədər 4 dəfə əsaslı təmir olunub.

Dünən baş vermiş aviaqəza ilə bağlı Dövlət Mülki Aviasiya Administrasiyası bu gün açıqlama verib. Məlumata görə, Əfqanıstanın Dvayer hava limanında mayın 18-i yerli vaxtla təxminən saat 14:30-da An-12 təyyarəsinin havaya qalxması zamanı aviasiya hadisəsi baş verib.

Təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülüb.

Dvayerə Baqrandan gələn təyyarə, yanacaq doldurulması üçün Türkmənistanın Mari şəhərinə yola düşüb. Təyyarənin göyərtəsində yük olmayıb. Göyərtədə olan 9 ekipaj üzvündən 7-si dünyasını dəyişib. Onlardan 5-i Azərbaycan vətəndaşıdır. Digər iki nəfər isə Özbəkistan və Ukrayna vətəndaşlarıdır.

Təyyarədə olan iki nəfər sağ qalib. Bunlar Ukrayna vətəndaşları Andrey Qanja və Rəmzi Əliyevdir. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir.

“Silk Way”-in təyyarəsinin vurulmadığı barədə məlumat yayılıb. Azərbaycan hava gəmisinə hərbi müdaxilə olmayıb.

“Associated press”in məlumatına görə, bu barədə Əfqanıstandakı ABŞ rəsmisi bildirib. Ukrayna Xarici İşlər Nazirliyi isə bildirir ki, təyyarədə 11 ekipaj üzvü olub və nlardan 9-u həlak olub.(Ans)

Kriminal, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti