!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qəzetlərə ayrılan küllü miqdarda vəsait internet mediaya ayrılsa… ” – Hacıbəy Heydərli

!Reklam – Yazi

 

10991285_10203413758496198_2671600157836356886_nBu gün AzXəbər.com saytının fəaliyyətə başlamasından 6 il ötür. Ötən bu müddət ərzində sözügedən sayt informasiya məkanında aparıcı xəbər portallarından birinə çevrilməyi bacarıb.  AzXəbər.com saytının baş direktoru Hacıbəy Heydərli ilə saytın yaranma tarixi və planlarından danışdıq.

– AzXəbər.com-un aprelin 13-də fəaliyyətə başlaması bir təsadüf idi, yoxsa…?

– AzXəbər.com saytı 2010-cu ilin aprelin 13-də fəaliyyətə başlayıb. Həmin dövrdə həmkarım Əfsələddin Ağalarovla birlikdə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində oxuyarkən sayt yaratmışdıq.  Sonra qərara gəldik ki, daha geniş məkana çıxmağın zamanı gəlib.  Belədə 6 il öncə indi fəaliyyət göstərən saytı təsis etdik.  Saytın məhz aprel ayının 13-də işıq üzü görməsi bir xoş təsadüfdür.  İlk xəbərimizi məhz aprelin 13-də saytımıza yerləşdirdik və həmin ildən keçən müddət ərzində saytımızın əksər tanınmış təşkilatlardan 15 mükafatımız  var, Mətbuat Şurasının da üzvüyük.  Saytımız  hazırda sosial şəbəkələrdə ən aktiv xəbər saytlarından biridir.  Facebook səhifəmizi artıq 400 mindən artıq insan bəyənib.  Digər sosial şəbəkələrdə də çalışırıq ki, xəbərlərimizi oxucuya çatdıraq.

-İlk dəfə fəaliyyətə başlayanda qarşıya qoyduğunuz hədəflər nədən ibarət idi və bu hədəflərə çata bilmisinizmi?

– Fəaliyətimizə start veriləndə bilirsiniz ki, Azərbayanda internet media elə də populyar deyildi.  Çalışdıq ki, ilk növbədə Azərbaycan oxucusuna xəbəri təqdim edək.  O zamanlar ölkəmizdə facebook sosial şəbəkəsi yeni-yeni inkişaf etməyə başlayırdı.  Biz də sırf sosial şəbəkələr vasitəsilə xəbərləri oxuculara çatdırmaq qərarına gəldik. Bilirsiniz ki, XXI əsr informasiya əsridir.  Bu dövrdə insanlar artıq o qədər çox məlumat əldə edir ki, onlara hansısa saytları oxumaq maraqlı deyil, sırf olaraq da məlumatı birinci olaraq əldə etməyə çalışırlar. Bunun üçün də sosial şəbəkədə fəaliyyət göstərməyimizi qarşıya məqsəd qoyduq və facebook səhifəsi yaratdıq.  İlk dövrdən 100 mindən artıq insan bunu bəyəndi. Başqa agentliklər də zaman keçdikcə bizə reklam verdilər.  Məqsədimiz oxucuları bu yolla cəlb etmək idi və düşünürəm ki, buna da nail olduq.  Azərbaycan gənclərinin ən çox oxuduğu xəbər saytı da düşünürəm ki, bizim saytdır. Bu baxımdan düşünürəm ki, qarşıya qoyduğumuz məqsədlərə çatmışıq.

– Hər bir qurumun gələcək üçün də müəyyən planları olur. Sizin gələcək planlarınız nədən ibarətdir?

–  Çalışacağıq ki, istinad olunan xəbər saytı rolunu daha da gücləndirək.   Azərbayan oxucusu, gəncliyi ən operativ, dolğun və düzgün məlumatları bizdən alsın. Bu baxımdan da indiki mərhələdə saytın imicini qorumaq və daha da inkişaf etmək qarşıda duran məqsədlərimizdir.  Oxucunun inamını qoruyub saxlaya bilsək, bu bizim ən böyük uğurumuz olacaq.

– Yəni əvvəlki illərlə müqayisədə hansısa bir yeniliklər etmək istəyiniz varmı?  

– Bilirsiniz ki, sosial şəbəkələrdə canlı yayımlar geniş vüsət almağa başlayıb.  Xüsusən də bu dünyada geniş yayılıb. Azərbaycanda da bir sıra xəbər agentlikləri var ki, məhz sosial şəbəkələr vasitəsilə canlı yayıma çıxırlar. Belədə biz də AzXəbər.tv yaradıb sosial şəbəkələr üzərindən ölkədə baş verən ən aktual məsələləri ilk olaraq oxucuya çatdırmaq üçün canlı yayımlar planlaşdırırıq.  Yaxın aylarda bu istiqamətdə fəaliyyətimizi daha da sürətləndirmək niyyətindəyik.  AzXəbər.tv-nin digərlərindən fərqi o olacaq ki, indiyə kimi qazandığımız  təcrübəni daha dolğun şəkildə tamaşaçıya çatdıra bilək.

– Ümumiyyətlə, müasir jurnalistikanı necə görürsünüz?

– Bu gün Azərbaycan mətbuatında boşluqlar çoxdur. Bu isə ümumilikdə Azərbaycan oxucusunda mətbuatımız haqqında dəqiq olmayan fikir formalaşdırır.  Oxucularımız ilk növbədə özləri müəyyənləşdirməlidir ki, hansı xəbəri, məlumatı hardan əldə etmək lazımdır. Bunun üçün  5-6 xəbər saytını monitoriq etsələr yetərli olar bilsinlər ki,  inamlı saytlar hansılardır.  Təəssüf ki, cəbhədə yaşanan son hadisələrdə bəzi saytlar sırf reytinq arxasınca qaçaraq  ümumilikdə Azərbaycan mediasına böyük zərbə vurdular.  İnformasiya əldə etmək sahəsində də hələ ki, jurnalistlər böyük problemlə üzləşməkdə davam edirlər.  Amma bir məsələ faktdır və əminliklə deyə bilərəm ki, Azərbaycanda ənənəvi mediadan məlumat alanların sayı barmaqla sayılacaq qədər azalıb.  Qəzetlərə ayrılan küllü miqdarda vəsaitlər internet media, xəbər saytlarına ayrılsa, düşünürəm ki, reket  jurnalistika da sıradan çıxacaq.  Azərbaycanda artıq dövlətin dəstəyilə hər kəsin inandığı, dolğun, düzgün məlumat verən 20-40 sayt olacaq ki, bununla da informasiya cəmiyyəti formalaşacaq.

– Oxucunun mətbuata maraq göstərməsi üçün daha çox hansı mövzulara diqqət yetirmək lazımdır?

– Cəmiyyətimizin son hadisələrə adekvat münasibəti göstərdi ki, Azərbaycan insanı qeyri-ciddi informasiyalar yayılsa da, vahid bir məqsəd uğrunda birləşməyi bacarır.  Bu baxımdan da deyə bilərəm ki, ölkədə daha çox bu kimi vətənpərvər, maarifləndirici mövzulara maraq artıb.  Hər bir mövzuya bir şou qatmaqla daha çox auditoriya toplamaq mümkündür.  Bu günlərdə istər şou biznes adamları, istər siyasətçilər, ümumiyyətlə hər kəsin bir məsələ uğrunda mübarizə aparması göstərdi ki, Azərbaycan cəmiyyəti həqiqətən də birdir. Bu istiqamətdə də mətbuatın böyük rolu vardır. İstərdim ki, saytlar da bu kimi fəaliyyətlərini davam etdirsin. Əvvəllər hansısa bir maqazin xəbərləri verəndə o 10-15 min dəfə oxunurdusa, son hadisələrdən sonra belə məlumatları cəmi 100-150 nəfər oxuyur.  Bu bir daha onu göstərir ki, Azərbaycan cəmiyyəti nə istəyirsə mətbuat da o istiqamətdə fəaliyyətini davam etdirməli, daha çox ruh yüksəkliyi, vətənpərvərliyi özündə əks etdirən maarifləndirici xəbərlər sənətçilər də məcbur olacaq şou, qalmaqal deyil, sırf vətənpərvərlik mövzusuna müraciət etsin, bu səpkidə mahnı yazsın, konsertlər keçirsinlər. Bu da ümumilikdə cəmiyyətimizə böyük fayda verəcək bir addım ola bilər.

Söhbətləşdi: Elçin

Yenicag.az

P.S. Bu gün həm də Hacıbəy Heydərlinin doğum günüdür. Bu münasibətlə də, dostumuzu kollektivimiz adından təbrik edirik. 

www.yenicag.az

641
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv