!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

QHT-lərdən prezidentə və beynəlxalq təşkilatlara müraciət

!Reklam – Yazi

affd2dc8-b8d8-4208-b301-84b0d8e76a67Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası cəbhədəki son vəziyyətlə əlaqədar olaraq QHT-lərin geniş toplantısını keçirib. Tədbir açıq elan olunduqdan sonra qoşunların təmas xəttində son günlər baş verən döyüşlərdə həlak olan əsgər və zabitlərimiz də daxil olmaqla Qarabağ şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Milli QHT Forumunun prezidenti Rauf Zeyni Azərbaycan ordusunun 2 apreldə növbəti dəfə atəşkəsi pozan Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını qəhrəmanlıqla aldığını və bir neçə yaşayış məntəqəsini düşməndən azad etdiyini deyib. R. Zeyni ölkə QHT-lərinin Ali Baş Komandan və xalqımızla birgə olduğunu və Ermənistanın təcavüzkar siyasətini pislədiyini bildirib.

Şura sədri, millət vəkili Azay Quliyev cəbhədə baş verən son hadisələrin Azərbaycan ordusunun qüdrətini və xalq-dövlət birliyinin sarsılmazlığının ən yüksək səviyyəsini bir daha nümayiş etdirdiyini vurğulayıb: “Milli ordumuzun həyata keçirdiyi uğurlu əks həmlələr nəticəsində Ermənistanın cinayətkar rəhbərliyi tam anladı ki, onların yeritdiyi işğalçılıq siyasətinin heç bir perspektivi yoxdur. Silahlı Qüvvələrimiz işğalçı hərbi birləşmələrə verdiyi layiqli cavabla onların Dağlıq Qarabağı Azərbaycandan birdəfəlik qoparmaq illüziyalarına son qoydu”.

QHT-lərin üzərinə mühüm tarixi missiya düşdüyünü deyən Azay Quliyev iclasda qəbul ediləcək müraciətlərin Azərbaycanın ictimia sektorunun iradəsini ifadə etdiyini deyib. Şura sədri bütün QHT-ləri imkanlarını səfərbər edərək erməni diasporunun apardığı böhtan və iftira kampaniyasına layiqli cavab verməyə və Azərbaycanın mövqeyinin olduğu kimi dünyada təbliğini davam etdirməyə çağırıb.

Toplantıda prezident, Ali Baş Komandan cənab İlham Əliyevə, beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin başçılarına müraciətlər qəbul olunub.

Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanan müraciətdə Ermənistanın təxribatçı hücumlarına cavab olaraq Azərbaycan silahlı qüvvələrinin apardığı uğurlu əməliyyatların cəmiyyətdə yüksək əhval-ruhiyyə yaratdığı qeyd olunur və peşəkar ordunun formalaşması və atılan qətiyyətli addımlara görə ölkə prezidentinə təşəkkür edilir.

BMT baş katibi, ATƏT sədri, ATƏT Parlament Assambleyasının sədrinə, NATO baş katibinə, AŞPA prezidentinə, Avropa Parlamentinin sədrinə, Minsk qrupunun həmsədri olan ölkələrin prezidentlərinə ünvanlanan müraciətdə 20 ildən artıq müddətdə Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistana qarşı təsirli addımlar atılmasına çağırış edilib.

Sonda yaxın günlərdə QHT-lərin cəbhə bölgəsinə səfər etməsi və regiondakı QHT-lərin iştirakı ilə geniş müşavirə keçirilməsi haqqında qərar qəbul edilib.
Qeyd edək ki, müraciətə 700-dən artıq QHT qoşulub.

Müraciətlərin mətni əlavə edilir.

 

www.yenicag.az

718
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv