!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

QHT-lərimiz Hollandiyadakı erməni tədbirinə etiraz edib

!Reklam – Yazi

img_11112012_194858_727Diaspor Jurnalistləri Birliyinin təşəbbüsü ilə bir neçə QHT Holladiyanın Azad Amsterdam Universitetinə etiraz bəyanatı göndərib. Xatırladaq erməni diasporu noyabrın 7-də Niderlandın Azad Amsterdam Universitetində qondarma Dağlıq Qarabağ Respublikasına həsr olunmuş “Tanınmamış ölkələr, problemin həlli nədir?” mövzusunda seminar keçirəcək. Tədbirə separatçı rejimin “millət vəkili” Armen Sarkisyan və Niderland Krallığının deputatı Harry van Bommel də dəvətlidir.

Bəyanatda qondarma Dağlıq Qarabağ Respublika ilə bağlı belə bir tədbirin keçirilməsinin yolverilməz olduğu bildirilir: “Qondarma rejim dünyanın heç bir ölkəsi, hətta Ermənistan tərəfindən tanınmayıb. Dağlıq Qarabağ Azərbaycan dövlətinin tərkib hissəsidir və hazırda Ermənsitanın işğalı altındadır”.

Bəyanatda universitet rəhbərliyinə BMT Baş Assambleyasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr xatırladılıb: “Azad Amsterdam Universiteti belə bir tədbirə dəstək verməklə Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən bu təcavüzə göz yummuş sayılır. Hesab edirik ki, Azad Amsterdam Universiteti müstəqilliyimizə qarşı olan bu tədbirlə Hollandiya ilə Azərbaycan arasındakı münasibətlərə də kölgə sala bilər. Bu tədbirə yer verməklə Azad Amsterdam Universitetin bütün beynəlxalq qanunların ziddinə getmiş olacaq”.

Sənəddə Azərbaycan QHT-ləri Azad Amsterdam Universitetini haqqın, ədalətin yanında olmağa səsləyir, erməni lobbisinin belə bir tədbirin keçirməsinə icazə verməməyə çağırırlar.
Daha bir bəyanat seminarda iştirak edəcək Niderland Krallığının deputatı Harry van Bommelə və onun təmsil etdiyi Sosialistlər Partiyasına göndərilib. Bəyanatda Harry van Bommelin belə bir tədbirdə iştirak etməsinin Azərbaycanının müstəqilliyinə qarşı atılmış təxribatçı addım kimi dəyərləndirilir: “Siz “Tanınmamış ölkələr, problemin həlli nədir?” mövzusunda seminara qatılmaqla Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən bu təcavüzə önəm vermiş olursuz. Sizi bu tədbirə qatılmamağa səsləyirik. İnanırıq ki, haqqın, ədalətin yanında olacaqsız və erməni lobbisinin təxribatçı tədbirində iştirak etməyəksiz”.

Hər iki bəyanata ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror əməlləri ilə bağlı rəsmi sənəd və linklər əlavə olunub.

Xatırladaq ki, bəyanat aşağıdakı QHT-lər adından göndərilib: Diaspor Jurnalistləri Birliyi, Azərbaycanlı Gənclərin Beynəlxalq Alyansı, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı, Dövlətlərarası Media və Diplomatiya Mərkəzi, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi, Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı, “Odlar Yurdu” Gənclər Təşkilatı, Strateji Araşdırmalar İnstitutu, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı, Regional İnsan Hüquqları və Media Mərkəzi, “Demokratik Azərbaycan Naminə” İctimai Birliyi, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası.

DJB-nin Mətbuat xidməti

www.yenicag.az

641
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv