!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

QHT Şurası da qənaət rejiminə keçdi

!Reklam – Yazi

azaysuraBu gün Azərbaycan Respublikasının Milli Məclisi 2017-ci il dövlət büdcəsini təsdiq edib. Büdcə təsdiq edildikdən sonra məlum olub ki, bir sıra digər qurumlar kimi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan maliyyə vəsaitinin həcmi azaldılıb.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan qurumun Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib ki, Şuranın büdcəsi 2016-cı ildə ayrılan maliyyə vəsaitinin həcmindən 1,6 milyon manat azdır. Onun sözlərinə görə, Şuranın büdcəsində azalmanın baş verməsi əlbəttə ki, qurumun maliyyə imkanlarından daha qənaətlə istifadə etməyə sövq edir:Fərasət Qurbanov ile ilgili görsel sonucu

“Məlum olduğu kimi, Şuranın əsasnaməsinə uyğun olaraq elan etdiyi müsabiqə mövzuları üzrə QHT-lərin təqdim etdiyi layihələri maliyyələşdirir. Şuranın büdcəsinin 1,6 milyon manat azalması təbii ki, xərclərimizin də azalması ilə müşahidə olunacaq. Ona görə də Şura QHT-lərin daha rasional, ictimai aktuallıq dərəcəsi yüksək olan, cəmiyyətin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən layihələrini maliyyələşdirəcək. Bu baxımdan QHT-lərin Şuranın 2017-ci il qrant müsabiqəsinə daha peşəkarlıqla yanaşması tələb olunur”.

BƏXTİYAR
Yeniçağ.az

www.yenicag.az

556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv