yenicag.az
yenicag.az

QHT Şurasına üzvlər təyin edildi – SİYAHI

QHT Şurasına üzvlər təyin edildi – SİYAHI

Müəllif: Redaktor

Editor

97428Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri təyin ediliblər:

dövlət orqanlarından

Quliyev Vüsal İlham oğlu – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri

Məmmədov İlqar Kamil oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi

Hacıyev Zakir Yusif oğlu – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini

qeyri-hökumət təşkilatlarından

Məmmədov Sahib Məlik oğlu – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri

Eyvazova Nərgiz Xələf qızı – Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İctimai Birliyinin sədri

Həsənli Emin Əliyar oğlu – Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri

Qonaqov Rufiz Rəhim oğlu – Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri

Quliyev Azay Əjdər oğlu – Beynəlxalq Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri

İsmayılov Şahin Əmir oğlu – Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri

Xəlilov Anar Əhməd oğlu – Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri

Nuriyev Əliməmməd Mali oğlu – “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti

Sərəncamla “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 aprel tarixli 2194 nömrəli sərəncamı ləğv edilib.

Gündəm, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti