!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qırğızstandakı Səfirliyin Müstəqillik Günü ilə bağlı məlumatı ölkə KİV-də geniş işıqlandırılıb

!Reklam – Yazi

unnamedAzərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyinin Azərbaycan Respublikasının Dövlət Müstəqilliyin Bərpasının 25 illiyinə həsr olunmuş press-relizi Qırğızstanın Milli informasiya agentliyi olan “Kabar”da və ən böyük oxucu kütləsinə sahib olan “Akipress” informasiya agentliyinin “CA-News” portalında geniş işıqlandırılmışdır.
Məlumatlarda deyilir:

“1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edildiyi qeyd olunur.

Müstəqilliyin ilk illərində yaranan ağır vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan qısa müddətdə bütün problemləri həll edərək dinamik inkişaf yoluna qədəm qoyub. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində bu gün Azərbaycanın ən sürətlə inkişaf edən ölkələrdən biri olduğu vurğulanır.
Məlumatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyi, bir milyon qaçqın və məcburi köçkünün öz yurdlarından didərgin düşdüyü diqqətə çatdırılır.
Bildirilir ki, hələ 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz dərhal çıxarılması ilə bağlı dörd Qətnamə qəbul etmişdir.

Təəssüf ki , bu günədək belə böyük beynəlxalq təşkilatın qərarı Ermənistan tərəfindən icra olunmur.
Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir.”

http://kabar.kg/rus/world-news/full/112629

http://ca-news.org/news:1338041

www.yenicag.az

745
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv