!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qisas” başlandı: Rusiya türkmənləri bombalayır – VİDEO

!Reklam – Yazi

srytuytiuy_23457676776Rusiyanın Aralıq dənizindəki hərbi gəmilərindən və Suriyanın Latakiya bölgəsindəki “Hmeymim” aviabazasından Türkiyə ilə sərhədin yaxınlığındakı Türkməndağı bölgəsinə raket zərbələri endirilir.

Ruslar Türkiyənin hava sərhədlərini pozduğu uçun vurulmuş Su-24 bombardmançısının düşdüyü bölgəni viran qoyurlar.

Al Jazeera-nın məlumatına görə, Cəbəl Əkrad və Cəbəl Türkmən rayonlarında bombardmanlardan göz açmaq olmur.

Rusiyanın Müdafiə Nazirliyi zərbələrin “Cəbhət əl Nüsra” terror təşkilatının mövqelərinə endirildiyini bəyan edib. Lakin raket və bomba zərbələri endirilən bölgədə sözügedən terror təşkilatının mənsubları yoxdur.

Cəbəl Türkmən bölgəsi Su-24-ün düşdüyü, habelə rusiyalı pilotların xilas olunması üçün göndərilmiş iki helikopterdən birinin, Mi-8-in vurulduğu məkandır.
Yerli türkmənlərin dediklərinə görə, Rusiya bu minvalla qisas alır.

Al Arabia bildirir ki, Rusiyanın raket-bomba zərbələri ilə “şumladığı” ərazilər türkmənlərin kəndləri, habelə çadır şəhərcikləridir.
Ölən və yaralıların çox olduğu deyilir. Dəqiq məlumatlar hələlik yoxdur.
Əl Mayadin TV səhər saatlarından etibarən Türkməndağına Suriya ordusunun da yenidən hücuma keçdiyini xəbər verib(milli).

https://youtu.be/StBM0ObNumg

www.yenicag.az

510
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv