Qiyamçı hərbçidən şok sözlər: “Gəbərəcəklər, it sürüsü!”

Müəllif: Redaktor

Editor

darbeci-komutan-tuyler-urpetti-gebere-gebere-8635013_x_2213_300

Yenicag.az xəbər verir ki, Fetullahçı Terror Təşkilatının 15 iyul çevrilişə cəhdi zamanı Çengelköyü nəzarətdə saxlayan bir komandirin telefon danışığı ortaya çıxıb.

Həmin söhbəti ixtisarla təqdim edirik:

Qiyamçı komandir: Çök … Xanım, məmləkət cənazə namazı qılır, Allah bağışlayar narahat olma. Sən otur, oturduğun yerdə, bir Fəth surəsi oxu əsgərlər üçün.

Komandir: Hazırda ortalığ qarışıb. Allah yol göstərər, yetər ki sözə qulaq asın. (Atəş və ağlayan qadınların səsi gəlir…)

Komandir: Qadınlar, ağlamayın! Azan oxunur. İtə-qurda əmanət etdiniz ondan sonra da bu hala gəldik. 2 ildir hər gün 5 – 10 dənə polis şəhid olanda nə edirdiniz?

Komandir: Vəziyyət nə yerdədir? Sizin qovşağda sakitçilikdi?

Əsgər: Bəli, komandir!.

Komandir: İt sürüsü dağıldı mı?

Əsgər: Qaçırlar komandirim.

Komandir: İndi nə edirlər bilirsiniz mi? Yenə insanları hiddətə gətirməyə çalışırlar. Oğurluqlarını gördünüz amma yenə də tərəflərini saxlayırsınız, oğurlayırlar amma çalışırlar dediniz! Əslində bəlanı özünüz istədiniz, təəssüf ki. Allah bağışlasın.

Komandir: Komutanım, bölgəyə sursat gətirə bilərsən mi? Helikopterlər haradadır? Bəylərbəyi yolu üzərinə helikopterləri yönləndirin. Müqavimət göstərən olarsa atəş edin! Dirənməyənlər onsuzda tükanlara giriblər. Nəzarət altında təxminən 60-a yaxın insan var, qadın və uşaq da var içlərində.  (Qadınlar ağlayır …)

Komandir: Bax, ağzını burnunu partdadacam, susmağı bilməyən adama nə edildiyini görəcəksən. Biz nə qədər səbrsiz bir cəmiyyət olduq, nə qədər Allahsız kitabsız bir cəmiyyət olduq. Nə qədər səmimiyyətsiz, nə qədər duyğusuz, nə qədər hissiz, nə qədər ruhsuz bir cəmiyyət olduq biz!

Allah xətrinə, oyanın! Əcdadlarımız üçün silkələnin! (Silah səsləri davamlı gəlir) Gəbərə gəbərə gedəcək it sürüsü…

Komandir: Hazırda Çengelköy nəzarət altındadır. Helikopterləri göndərin komandirim, tələssinlər. Heç kimə yazığları gəlməsin, komandir! Trakyadan yardım gəlir, çox gözəl. Allaha əmanət olun …

(Ara ara silah və top səsləri gəlir.)

Daha sonra qadınlardan biri komandirə deyir:

– Dəstəmaz almaq istəyirəm, namaz qılacam …

Komandir: Mənə baxın, başla da qıla bilərsiniz, oturaraq da qıla bilərsiniz, yer axtarmağa ehtiyac yoxdur. Xeyr hara gedirsən?

Qadın: Dəstəmaz almağa.

(Çöldən silah səsləri gəlir)

Komandir: Hər kəsin ortasında səni gəbərtmiyim, alçaqlar!.

(Bu sırada top səsləri də gəlir.)

Komandir: Bağışlamaq yoxdur, heç birinə əfv yoxdur!

 


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır