!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qiymətli kağızlar bazarına marağı necə artırmalı? - Çıxış yolu

!Reklam – Yazi

Qərb ölkələrində səhm və qiymətli kağızlar bazarı geniş yayılıb. Əhali gəlirlərinin bir hissəsini qiymətli kağızlara qoymaqla əlavə qazanc əldə edirlər.

Azərbaycanda isə hələ də əhalinin qiymətli kağızlar bazarına marağı çox aşağı səviyyədədir. Görəsən, nədən Azərbaycanda bu sahə hələ də ölü nöqtədədir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Yenicag.az-a açıqlamasında bildirdi ki, insanların qiymətli kağızlar bazarına marağının aşağı səviyyədə olması ölkədə bu sahənin zəif inkişaf etməsinə gətirib çıxarıb:

“Əslində, qiymətli kağızlar bazarının inkişaf etməsi bir tərəfdən vətəndaşa əlavə yığım və gəlir əldə etməyə şərait yaradır. Yəni vətəndaş öz vəsaitini qiymətli kağızda, səhmdə saxlayır ki, bu da ona il ərzində gəlir əldə etməyə imkan verir. Səhm yığım vasitəsi kimi vəsaitin idarə edilməsi baxımından vacibdir. Həm də səhmlərdə vəsaitin saxlanılması nəticə etibarı ilə xarici valyutaya da tələbi azaldır. Çünki xarici valyutaya tələbin azalması yollarından biri də vəsaitin qiymətli kağızlara investisiya edilməsi alətidir. O baxımdan yığımların diversifikasiyası əsasdır. Səhmlərin, qiymətli kağızların satılması dövlət şirkətləri üçün əlavə gəlir mənbəyi deməkdir. Nəticədə bu hal şirkətə daxili borclanma yolu ilə vəsait əldə etməyə imkan yaradır. Amma təəssüf ki, ölkədə qiymətli kağız bazarı zəifdir. Bunun da əsas səbəbi səhm bazarının zəif inkişaf etməsindən qaynaqlanır. Səhm bazarının zəif inkişafı da şirkətlərin koorporativ idarəetmədən istifadə etməməsilə bağlıdır. Azərbaycanda şirkətlər əslində, bir əldən idarəetməyə daha çox üstünlük verirlər. Yəni koorporativ idarəetmənin inkişaf etməməsi də nəticə etibarı ilə səhm bazarının inkişafını tormozlayır. Belədə müəssisələr məhz səhmdar cəmiyyəti deyil, firma və yaxud bir əldən idarə olunan müəssisə kimi fəaliyyət göstərdiyindən yaranmış mövcud vəziyyəti müşahidə edirik”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

954
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv