Qızıl bahalaşır

Müəllif: Redaktor

Editor

26359Dünya bazarında qızılın qiymətində artım yaşanır.

Yenicag.az-ın Bizimyol.info-ya istinadən məlumatına görə, qiymətli metal satışı ilə məşğul olan şəxslər bildirirlər ki, Amerika və Avropa fond bazarlarında dəyişən qiymətlər yerli bazara da təsir edib. Qiymət artımına isə təkcə idxal deyil, həm də milli valyutanın dəyərdən düşməsi də təsir göstərir.

Satıcılar qeyd edirlər ki, keçən il baş verən iki devalvasiyadan sonra qızılın qiymətində stabillik müşahidə olunmur. Milli valyutanın ucuzlaşması bahalaşmanı qaçılmaz edir. Qiymətlər sabit qalmasa da, qızıl bazarında tələbat var. Buna səbəb hər kəsin cibinə uyğun məhsulun olması-zərgərlik məhsullarının qiymətinin əyara görə dəyişməsidir.

Qiymətlərə gəlincə, Rusiya qızılı 750 əyar 60 manata, 585 əyar isə 55 manata, türk qızılının qramı 45 manata, İtaliya qızılının qiyməti isə əyarından asılı olaraq 70-80 manat arasında satılırdı.

Alıcılar isə qiymətin artımından şikayətçi olmaqla yanaşı, keyfiyyətli olmamasından da gileylənirlər.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır