!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qızıl Buta” sahiblərinə təqdim olundu

!Reklam – Yazi

“Dünya Azərbaycanlıları” İctimai Mərkəzi Respublikada “Qızıl Buta” Mükafatı uğrunda respondentlər arasında sorğu keçirib.

Yenicag.az xəbər verir ki, “Qızıl Buta” Mükafatı uğrunda keçirilən sorğuda iştirak edən respondentlərin 19 faizi iş adamı, 12 faizi elm xadimləri, 27 faizi məmurlar, 31 faizi tələbələr, 11 faizi isə müxtəlif peşə sahibləridir. Respondentlərin 54.2 faizini kişilər, 43.8 faizini isə qadınlar təşkil edib.

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində sorğunun qalibləri mükafatlandırılıb. Qaliblərə mükafatı “Dünya Azərbaycanlıları” İctimai Mərkəzinin sədri Zaur Mirzəzadə təqdim edib.

Mükafatçılar sırasında millət vəkilləri Qənirə Paşayeva, Şəmsəddin Hacıyev, Hüseynbala Mirələmov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, politoloq Arzu Nağıyev, iş adamı Yılmaz Okuklu, “Yeni Çağ” Media Qrupunun direktoru Aqil Ələsgər, “İnterpress.az” saytının baş redaktoru Toğrul Allahverdili, Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli, AFN.az saytının baş redaktoru Səbuhi Qafarov, gənc lider Fərid Şahbazlı və başqaları olub.

www.yenicag.az

2433
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv