"Qızıl medalı ailəmə həsr edirəm" - Elvin Mürsəliyev

“Qızıl medalı ailəmə həsr edirəm” – Elvin Mürsəliyev

Müəllif: Redaktor

Baş Redaktor

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycana qızıl medal qazandıranlardan biri də Elvin Mürsəliyevdir.

Bu, yunan-Roma güləşi üzrə yığmamızın üzvünün ardıcıl ikinci qızıl medalıdır. 75 kq. çəki dərəcəsində çıxış edən idmançımız bundan öncə Bakıda keçirilən Avropa Oyunlarının qalibi olmuşdu.

Yeniçağ.Az saytına açıqlama verən Mürsəliyev təəssüratlarını bizimlə bölüşüb:

“Doğma arenada qalib olmaq qürurverici hissdir. Çünki öz azarkeşlərin önündə məğlub olmaq istəmirsən. Azarkeşlərə sonadək bizə dəstək olduqları üçün minnətdarlığımı bildirirəm. İyul ayının ortalarında Qran-pri turniri keçiriləcək. Həmin yarışdan sonra hansı idmançının dünya çempionatında iştirak edəcəyi bəlli olacaq. Çalışacağıq ki, ölkəmizi yüksək şəkildə təmsil edək. Qazandığım qızıl medalı ailəmə həsr edirəm”.

Emin
Yeniçağ.az

İdman, İslam Həmrəyliyi Oyunları

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti