www.sinerjipro.net

SinerjiProWide
Reklam

Dünya film tarixinin “şah əsəri” hesab edilən “Titanik”in ən yaşlı qəhrəmanını – Rozanın qocalığını canlandıran aktrisa Gloriya Stüartı, yəqin ki, hamı yaxşı xatırlayır.

Lakin çox az bir qismimiz kino dünyasında ciddi səylə, əmin addımlarla karyerasını quran Stüartın bu sahəyə ömrünün 70 ilini həsr etdiyindən xəbərdarıq.

Yenicag.az xəbər verir ki, bu müddət ərzində Stüart teatrda, kino sahəsində, eləcə də televiziyada çalışıb. “Görünməz adam” (1933) filmində canlandırdığı Flora Kreyn obrazı və “Titanik”dəki (1997) Rozanın qocalığını yaradan aktrisa sözün əsl mənasında məşhurluq qazanıb.

Roza roluna görə Gloriyanın “Qızıl Qlobus” və “Oskar” mükafatlarına namizədliyi irəli sürülüb. O, Amerika Kino Akademiyasının mükafatına namizədliyi təqdim edilən ən yaşlı aktrisa olub.

2010-cu ildə vəfat etməsinə baxmayaraq, böyük istedadı və mükəmməl gözəlliyi ilə “Roza” film sevərlərin qəlbində daimi taxt qurub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2267
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."