!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qızılın qiyməti düşməyə davam edir

!Reklam – Yazi

Qızılın qiyməti ABŞ fond birjalarında yüksəliş trendinin davam etməsi və investorların riskli maliyyə aktivlərinə istiqamətlənməsi fonunda düşməyə başlayıb.

“Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bununla da ardıcıl 4 gündür qızılın qiymətində azalma davam edir və 3%-dən çoxdur.

Avstraliyanın “Australian Bullion Co” qiymətli metallar investisiya şirkətinin baş iqtisadçısı Cordan Eliseo (Jordan Eliseo) bildirib ki, qızılın qiyməti, diqqətin ABŞ Federal Ehiyat Sisteminin (FRS) uçot dərəcələrinin artırılmasına yönəlməsindən sonra ucuzlaşmağa başlayıb: “Fond birjaları indekslərinin artması dekabr ayından etibarən 95 dollar/unsiya və ya 8,5% artan qızılın qiymətinin düşməsinə gətirib çıxarır”.

“Report”un analitik qrupu qızıl qiymətlərinin orta və uzun müddətli perspektivdə 1000 dollar/unsiyaya qədər azalacağını, qısa müddətli perspektivdə isə 1100-1200 dollar /unsiya diapazonunda qalacağını proqnozlaşdırır.

Yenicag.Az

www.yenicag.az

669
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv