Qızlar əsgərliyə aparılacaq

Müəllif: Redaktor

Editor

Gürcüstan sakini İrina Barbakadze qadınların həqiqi hərbi xidmətə məcburi çağırılması ilə bağlı Gürcüstan parlamentinə müraciət edib.

Qanun layihəsi parlament tərəfindən qeydə alınıb və 30 yanvar günündə keçirilən iclasın gündəliyinə salınıb.

İrina Barbakadze qanun layihəsini “gender bərabərliyi haqqında” qanunun əsas prinsip və müddəaları əsasında yaradıldığını deyib: “Məqsəd ordunun gücləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, torpaqların geri qaytarılması və ölkənin birləşdirilməsidir”.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə qadınlar orduda xidmət edə bilərlər. Lakin bu könüllüdür.

Yeniçağ.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır