!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qobustanda “İnsan alverinə qarşı mübarizə" adlı tədbir keçirilib - Fotolar

!Reklam – Yazi

Ramiz Alıyev: “İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, Daxili İşlər Nazirinin birinci müavini general-leytenant cənab Vilayət Eyvazovun rəhbərliyi ilə bu gün Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı fəaliyyət yüksək səviyyəddir.”

Yenicag.az xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Daxili İşlər Nazirliyinin təşkilatı dəstəyi ilə Qobustan rayonunda “İnsan alverinə qarşı mübarizə kompaniyasının keçirilməsi” adllı tədbir təşkil etmişdir.

Tədbir Qobustan Rayon İcra Hakimiyyətində təşkil olmuşdur. Mövzu və layihə təbdbir iştirakçıları tərəfindən olduqca maraqla qarşılanıb. Tədbirdə Rayon Polis Şöbəsinin əməkdaşları, icra hakimiyyətinin əməkdaşları, bələdiyyə nümayəndələri, müəllimlər, gənclər və rayon ərazisində fəaliyyəət göstərən özəl qrumların nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə Təşkilatın sədri və layihənin koordinatoru Ramiz Alıyev açaraq layihə haqqında qonaqlara məlumat vermiş və mövzunun vacibləyini diqqətə çattırmışdır. Ramiz Alıyev İnsan Alverinə Qarşı Mübarizə ilə bağlı cənab Prezidentin təsdiqlədiyi Milli Fəaliyyət Planı haqqında tədbir iştirakçılarına məlumat verdi.

İnsan alveri və bu cinayətkarlıqla mübarizə mexanizmlərindən danışdı. Azərbaycan dövlətinin İnsan Alverinə Qarşı mübarizə ilə bağlı apardığı siyasəti diqqətə çattırdı. Bildirdi ki, “Hər il Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası vətəndaş cəmiyyətinin həyata keçirdiyi insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirlərinə dəstək olur. Natiq qeyd etdi ki, ” Cənab Prezident tərəfindən İnsan Alverinə Qarşı Mübarizə Komissiyasın sədri və İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin olunmuş Daxili İşlər Nazirinin birinci müavini general-leytenant cənab Vilayət Eyvazovun rəhbərliyi ilə bu gün Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı fəaliyyət yüksək səviyyəddir və nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu cinayətkarlıqa yüksək səviyyədə mübarizə aparır. Eyni zamanda İnsan Alverinə qarşı Mübarizə sahəsində fəaliyyət göstərən Vətəndaş Cəmiyyətinin nümayəndələri ilə Baş İdarənin əməkdaşlığı yüksək səviyyədə qurulmuşdur.”

Daha Sonra Qobustan Rayon İcra Hakimiyyəti aparatının Hüquq Şöbəsinin müdiri İradə Məmmədova və Qobustan Rayon polis Şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi Habil Hüseynov çıxış edərək rayon ərazisində insan alverinə qarşı mübarizəyə dair aparılan maarifləndirmə tədbirləri və cənayyətkarlıqla mübarizə ilə bağlı qonaqlara və tədbir iştirakçılarına geniş məlumat vermişlər.

www.yenicag.az

1585
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv