yenicag.az

Qocalar evində qadının başı kəsildi – FOTO

Qocalar evində qadının başı kəsildi – FOTO

Müəllif: Redaktor

Editor

1373547981_qocalar-eviFransada maskalı və silahlı şəxs ölkənin cənubundakı Ero departamentində yerləşən Monerye sür Le şəhərindəki “Les chênes verts” (“Yaşıl palıdlar”) qocalar evinə hücum edib.

Milli.Az Le Figaro-ya istinadən bildirir ki, qocalar evində 70 ahıl keşiş vardı. Onlardan kimsə zərər çəkməyib.

Üçmərtəbəli binada yaşayan qocaların orta yaşı 75-dir. Onların bəziləri 90 yaşındadır. Bu keşişlər əvvəllər Afrikadakı müxtəlif katolik missiyalarda çalışıblar.

Bıçaqla və lüləsi kəsilmiş tüfənglə silahlanmış şəxs binaya girəndən sonra mühafizəçinin əl-qolunu bağlayıb. Lakin qadın mühafizəçi təhlükə düyməsinə basmağa vaxt tapıb. Bədəməl qadına üç bıçaq zərbəsi vurub, başını kəsib.

Qadın hadisə yerində keçinib.

Cinayətkar hadisə yerindən qaça bilib.

Polis onu axtarır.

“Les Chenes Verts” qocalar evi 1994-cü ildə yaradılıb.

 

Dünya, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti