www.sinerjipro.net

SinerjiProWide
Reklam

DÇ-2018-in seçmə mərhələsinin son oyununda millimizi qəbul edən Almaniya yığmasının baş məşqçisi Yoahim Löv oyun haqqında fikirlərini bölüşüb.

Yenicag.az xəbər verir ki, almaniyalı mütəxəssis 5:1 hesablı qələbəyə sevindikləri oyundan sonra bunları söyləyib:

“Oyunçularımı təbrik edirəm. 10 qələbə göstərir ki, bizim futbolçular həmişə konsentrasiyanı yüksək səviyyədə saxlayıblar. Hər komanda bunu bacarmaz. Bizim üçün rəqibin kimliyinin fərqi yoxdu. İlk hissədə tam yaxşı oynamadıq, yavaş hərəkət etdik. Texniki səhvlərimiz oldu. Topu tez-tez öz qapıçımıza göndərirdik.
Hamı bizdən yaxşı çıxış gözləyir. Ancaq gənclərə vaxt lazımdı. İkinci hissədə istədiyimizi edə bildik. Elə oynadıq ki, qollar gəlməli idi.

– 10 qələbə qazansanız da, tam razı görünmürsünüz. Səbəb nədi?
– Son vaxtlar gözləntilərimdən danışdım. Bir neçə aydan sonra dünya çempionatı olacaq. İndidən bu turnir barədə düşünməliyik. Çünki aylar tez keçir. Dünya çempionatı başqa yarışdı.

– İlk hissədə bir epizodda əsəbləşdiniz…
– İlk qoldan sonra müdafiəçilər ləng idilər. Azərbaycan hücuma çıxa bilirdi və bizim oyunçular ağır hərəkət edirdilər. Qol vurmaq üçün tələsdik. İkinci hissədə bu problemi düzəltdik. Arxada yaxşı oynayanda, öndəkilər topu daha yaxşı qəbul edirlər.

– Noyabrda test oyunlarınız olacaq. Rəqib kimi güclü komandaları seçməyinizin səbəbi nədir?
– Dünya çempionatına qədər 6 oyun keçirəcəyik. Güclü komandalarla ona qədər oynamaq istəyirik ki, səhvlərimizi görək və onları düzəldək. Noyabrdan marta qədər 4 aylıq fasilə olur. Bir oyunla hər şeyə aydınlıq gətirmək olmur.

– Dekabrın 1-də püşkatma olacaq. Həyəcan keçirirsinizmi?
– Rəqibin kimliyinin fərqi yoxdu. İstənilən halda bizi ilk pillədə görürlər.

– Dünya çempionatına qədər heyədə dəyişikliklər ola bilərmi?
– Buna hələ qərar verməmişəm. İlkay Gündoğanın sağalmasını arzu edirəm. Çünki onun bizimlə olmasını çox istəyirəm.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1081
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.