!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qonşusunu suya görə öldürdü

!Reklam – Yazi

37c9d19df617e8ccb95f2f5b97424e85Bakıda qətl törədilib.

Yenicag.az Lent.az-a istinadən xəbər verir ki, Sabunçu qəsəbəsi Natavan küçəsi 16 ünvanında 1982-ci il təvəllüdlü Eminov Fərman Kazım oğlu qonşusu, 1980-ci ildə anadan olmuş Əmənov Elməddin Nəbi oğlunu bıçaqlayaraq qətlə yetirib.

Bir neçə bıçaq xəsarəti almış 36 yaşlı Elməddinin həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Bildirilir ki, qonşular suya görə dava edib. Belə ki, Elməddin Əmənov qonşuluqda yaşayan Fərman Eminovun həyətinə gedən su borusunu kəsib. Suyun kəsildiyini görən Fərman qonşusu ilə dava edib və münaqişə zəminində onu öldürüb.

Hadisəni törədən Fərman Eminov 3, qətlə yetirilən Elməddin Əmənov isə 2 uşaq atasıdır. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

www.yenicag.az

848
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv