www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Azərsu” “Sumqayıtelektrikşəbəkə”yə borcunu ödəmir, ikinci birincinin “işığını söndüdürür”

etqoeMəlum olduğu kimi, artıq bir neçə gündür ki, Sumqayıt və Bakı şəhərinin bəzi hissələrinə içməli suyun verilməsində uzun müddətli fasilələr yaranıb. Bu gün isə Ceyranbatan sakinləri susuz qalmalarına etiraz əlaməti olaraq Bakı-Sumqayıt yolunu bağlayıb və nəticədə böyük tıxac yaranıb. Hadisə yerində olan əməkdaşımızın sözlərinə görə, polis əhalini çox böyük çətinliklə dağıda bilib, narazı vətəndaşlar “Azərsu” rəhbərliyini görüşə çağırsalar da qurumdan heç kəs gözə dəyməyib.

Məsələnin digər maraqlı tərəfi isə içməli suyun verilməsində yaranmış uzun müddətli fasiləyə görə, heç bir rəsmi açıqlamanın verilməməsidir. Baş verənlərin əsl səbəblərinə gəlincə isə bu haqda savash.org-a dəqiqliyinə şübhə etmədiyimiz informasiya daxil olub. Həmin məlumata görə, iki şəhərin susuz qalmasının yeganə səbəbi “Sumqayıtelektrikşəbəkə” ilə “Azərsu” arasında uzun illərdir ki, həll olunmayan borc qalmaqalının yenidən gündəmə gəlməsidir.
Məlumat üçün bildirək ki, «Azərsu» SC-nin sonillər ərzində istifadə edilən elektrik enerjisinə görə quruma 50 milyona yaxın borcu yaranıb. Həmin məbləğin ödənilməməsinə etiraz olaraq isə “Sumqayıtelektrikşəbəkə” «Azərsu» SC-yə verilən elektrik enerjisini kəsib və nəticədə isə su təzhizatında fasilələr yaranıb. Xatırladaq ki, bu kimi hallara əvvəlki illlərdə də rast gəlinirdi, amma bütün bu hallarda əhaliyə əvvəlcədən məlumatlar verilirdi. İndiki halda isə nə “Sumqayıtelektrikşəbəkə”, nə də “Azərsu” vətəndaşlara hər hansı xəbərdarlıq etməyə belə ehtiyac duymayıblar.
Beləliklə də iki dövlət qurumu arasında yaşanan “borc qalmaqalı” ölkədə ciddi narazılığa, etiraz aksiyasına səbəb oldu. Maraqlıdır, görəsən “su üsyanı” yetişdirən həmin dövlət qurumlarının bu “razborkası”na aydınlıq gətirmək üçün vətəndaşlar suyla imtahanamı çəkilməlidir?

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 58
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."