www.sinerjipro.net

SinerjiProWide
Reklam

vcbbAzərsu şefinin Xəyyam Aslanzadə ilə “fərq”dən 5 milyon manat qazandıqları iddia olunur

Azərsu ASC-nin Şamaxı şəhərində həyata keçirdiyi su və kanalzasiya lahiyyəsi ilə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Həmin xəbərə görə, Şamaxı şəhərində su və kanalzasiya lahiyyəsini həyata keçirən “T.T.Ş. İnşaat” MMC şirkəti küçələrə qoyduğu asfalt işlərində külli miqdarda dövlət vəsaitini mənimsəyib.

Bildirək ki, Şamaxı və Qəbələ Şəhərlərində su və kanalzasiya lahiyyələrini “PWT Wasser-und Abwassertechnin GmbH” Almaniya şirkəti və “T.T.Ş İnşşat” MMC şirkətləri həyata keçiriblər və lahiyyənin dəyəri 72 milyon manat olub.

Lahiyyə çərçivəsində T.T.Ş İnşaat Şamaxı şəhərinə 550 min kvadrat metrə yaxın asfalt örtüyü qoydurmuşdur. Həmin 500 min kvadrat metr asvalt örtüyü iki hissəyə bölünüb. Belə ki, Şamaxı şəhərinin mərkəzi küçələrində asfalt örtüyünün qalınlığı 12 sm 1 kvadratmetri – 13 manata qoyulub, bir hissəsində isə əsasən dar küçələrdə, aftomobil younun çıxışı olmayan küçələrdə isə asfaltın qalınlığı 6-8 sm 1 kvadratmetri – 9 manata qoyulub.

Etibarlı mənbəmiz bildirir ki, su və kanalzasiya lahiyyəsində əsas küçələr yaxud çıxışı olmayan küçələr ayrı seçkiliyi yoxdur. Mərkəzi və kənar küçələrin fərqi məsələsi birbaşa Azərsu ASC rəhbəri Qorxmaz Hüseynovun və T.T.Ş İnşşat şirkətinin rəhbəri Xəyal Aslanzadənin şəxsi maraqlarına görə yarandığı iddia olunur. Çünki T.T.Ş İnşaat şirkətinin həyata keçirdiyi lahiyyədə Şamaxı şəhərinə qoyulan asfaltın 1 kvadrat metri 20-22 manat hesablanıb.

Mənbəmiz qeyd edir ki, Şamaxı şəhərinin əsas küçələrinə təxminən 330 min, kiçik küçələr isə 220 min kvadrat metr asfalt örtüyü qoyulub. Qoyulan asfaltla lahiyyədə yazılan qiyməti hesablayanda belə qənaətə gəlmək olar ki, Azərsu ASC rəhbəri Qorxmaz Hüseynovla T.T.Ş İnşaat MMC şirkətinin rəhbəri Xəyal Aslanzadə küçələrin asfaltlanması işindən nə az nədə çox 5 milyon manata yaxın vəsait “qazanıblar”. Xatırladaq ki, T.T.Ş İnşaat servis şirkətinin prezidenti Azərsu ASC rəhbəri Qorxmaz Hüseynovun ən yaxın adamlarından biridir.

O da qeyd olunur ki, Azərsu rəhbərliyi və bu şirkət Fətullah Gülən camaatına dəstək verməkdə ittiham olunur.

Azərsunun telefonlarına cavab verilsəydi, bu barədə onların da mövqeyini öyrənmək istərdik(azərinfo.org).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 72
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."