Qorxmaz Hüseynovun 5 milyonluq villası – FOTO

Müəllif: Redaktor

Editor

12435871_10207090902543712_2117466008_n

«Azərsu» rəhbərinin Nərimanov rayonunda inşa etdirdiyi bahalı ev göz qamaşdırır. Azərbaycanda iri məmurların böyük imkanlara sahib olması sirr deyil. Onlarla bağlı məlumatlar da həmişə oxucular üçün maraqlı olub.

TİA.AZ-ın apardığı araşdırmaya əsasən daha bir məmurun bahalı villasının yeri müəyyənləşdirilib. Belə ki, «Azərsu» ASC-nin prezidenti Qorxmaz Hüseynovun Nərimanov rayonu ərazisində yerləşən villasının ümumi dəyərinin 5 milyon dollardan çox olduğu bildirilir.

Qeyd edək ki, 9 mərtəbəli binaların yaxınlığında yerləşən həmin villanın hündürlüyü heç də kiçik deyil. TİA.AZ bildirir ki, 5 mərtəbəli bina hündürlüyündə olan və 3 mərtəbədən ibarət olan həmin yaşayış kompleksinin böyük bir ərazidə inşa edildiyi də hamıya məlumdur.

Bildirək ki, «Azərsu» ASC-nin prezidenti Qorxmaz Hüseynovun belə bahalı evə sahib olması heç də çətin məsələ sayılmır. Ona görə ki, sözügedən qurumun adı daha çox korrupsiyada hallanıb. İndiyə qədər mətbuatın yazdıqlarından belə anlaşılır ki, bir sıra iri layihələrin həyata keçirilməsi işlərini həyata keçirən ASC-nin fəaliyyətində ciddi maliyyə maxinasiyalarının olduğu inkar edilməyib.

Onu da vurğulayaq ki, Qorxmaz Hüseynovun təkcə bir yerdə deyil, bir neçə yerdə bahalı villalarının olduğu da gələn məlumatlar arasındadır. Hazırda onların yerləşdiyi əraziləri müəyyənləşdirib, bilgilər topladıqdan sonra məlumat verəcəyik.

Qarşı tərəfi də dinləməyə hazırıq..



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır