www.sinerjipro.net

SinerjiProWide
Reklam

unnamed (21)Bakı-Qazax magistralının Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində qəza baş verib.

ARB TV xəbər verir ki, Gəncə sakini 36 yaşlı Nizami Quliyevin idarə etdiyi “MAZDA” markalı avtomobil yolu keçən qoyun sürüsünə çırpılıb.

Nəticədə kənd sakinləri Arzu Həsənov və Elman Alıyevə məxsus 150 baş xırdabuynuzlu heyvandan 26-ı tələf olub.

Arzu Həsənov – Zərərçəkən: “Sürünü yolun qırağıyla aparanda it qıraqdan çıxıb qoyunları ürkütdü. Maşının da sürəti artıq olduğu üçün qoyunları vurdu. Nə maşın var, nə də sürücü. Başqa adam gəlib, amma sürücü yoxdur. Maşını sürən başqası idi. Qoyunların 2-sı ölüb qalanı isə hələ bilinmir”.

Hadisənin səbəbləri Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 55
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."