Qripə yoluxmamaq üçün nə etməli? – Ekspert danışır

Müəllif: Redaktor

Editor

qripİnsanlar havanın mütəmadi olaraq dəyişməsinə diqqət etməli və hər hansısa virusa yoluxmamaq üçün müvafiq tədbirlər görməlidirlər.

Bunu Yenicag.Az-a qış fəslində bəzi virusların baş qaldırmasından danışarkən səhiyyə eksperti Adil Qeybulla deyib.

“İnsanlar bəzən geyimlərini düzgün seçmirlər və çox vaxt soyuqdəymə də bundan başlayır. Zəif qidalanma, immun sisteminin aşağı olması da xəstəliyə yol açır. Qış fəslində daha çox kəskin hərarətlə müşahidə olunan xəstəliklər baş qaldırır. Normal halda insanın yuxarı tənəffüs yollarında 10-dan çox infeksiyalar, viruslar, paraviruslar, adenoviruslar var ki, həmin virtuslar tənəffüs yollarında qalır. İmmun sistemi zəiflədikdə, soyuqdəymə olduqda həmin viruslar fəallaşır və qripəbənzər əlamətlər yaradır”.

Adətən, həmin xəstəliklərə insanlar qrip deyir, ancaq bu, belə deyil:

Adil Qeybulla ile ilgili görsel sonucu“Bu xəstəliklər sadəcə soyuqdəymədir. Əfsus ki, insanlar baş qaldıran bu xəstəliklərə bir –birini yoluxdururlar. Soyuqdəymə xəstəliklərindən mütləq qorunmaq lazımdır. Bunun üçün də ictimai nəqliyyatda, əhalinin kütləvi toplandığı yerlərdə maskalardan istifadə etmək, çoxlu vitamin qəbul etmək, maye içmək və qidalanmaya mütləq diqqət etmək lazımdır. Ən əsası da geyimə diqqət etmək lazımdır. Qeyd edim ki, viruslar yalnız orqanizmin resuslarından asılıdır. Sadəcə, insanlar özlərini qorumalıdır ki, həmin viruslara yoluxmasınlar”.

Gülnarə Eynullaqızı
Yenicag.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır