www.sinerjipro.net

SinerjiProWide
Reklam

qarfyuEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabrın 5-i gündüzdən dekabrın 6-sı səhər saatlarınadək müşahidə olunan faktiki hava ilə bağlı məlumat yayıb.

Departamentdən bildirilib ki, bu müddətdə ölkədə hava şəraiti qeyri-sabit keçib, yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Bakıda və Abşeron yarımadasında güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-6, Böyük Qafqazda 2-31, Kiçik Qafqazda 5-19, Lənkəran-Astara zonasında 1-10, Qazax-Gəncə zonasında 1-2, Mərkəzi Aran rayonlarında 1-9, Naxçıvan MR-da 1-4 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Qubada 20, Qubanın dağlıq ərazilərində 2-20, Xınalıqda 13, Daşkəsən, Göygöl, Altıağacda 10, Sarıbaşda 8, İsmayıllıda 7, Şahbuzda 5, Qəbələdə 4, Lerik, Rvarud, Ordubadda 3, Şamaxıda 2, Ağdərə, Mərəzə, Şabran, Kişçayda 1 sm olub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 40
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."