Qubada ağır qəza – Ölən və yaralananlar var

Müəllif: Redaktor

Editor

ford_qeza54Quba rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Qəza bu gün saat 16: 10-da Quba-İspik yolunun 1.5-ci kilometrliyində qeydə alınıb. Sürücüsünün ad və soyadı istintaqla hələlik müəyyən edilməyən “Qazel” markalı yük avtomobili qarşıdan gələn “BMV” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində bir nəfər dünyasını dəyişib, bir neçə yaralı var.

Hazırda əraziyə təcili yardım maşınları cəlb edilib, ölən və yaralananların adları dəqiqləşdirilir.

Əlavə məlumat veriləcək…(ans)

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır