Qubada doğuş faciəsi: 25 yaşlı ana öldü

Qubada doğuş faciəsi: 25 yaşlı ana öldü

Müəllif: Redaktor

Editor

quba facie dogusQuba rayonunda doğuş zamanı ana dünyasını dəyişib.

Qızın qaynatası Fazil Abasovun Report-a verdiyi məlumata görə, hadisə iyunun 6-da günün ikinci yarısında baş verib.

Onun sözlərinə görə, 1991-ci il təvəllüdlü Quba rayon Püstəqasım kənd sakini Abasova Aynurə Ayəddin qızı Quba Rayon Mərkəzi Xəstəxanasının Perinetal mərkəzinə müraciət edib.

Həkimlərin xəstənin yaxınlarına verdiyi məlumata görə, son ana qədər vəziyyəti normal olan Aynurənin halı qəflətən dəyişib.

Qızın qaynanası Pakizə Abasova gəlinin doğuşa kimi normal vəziyyətdə olduğunu bildirib:

“Heç bir çətinlik olmayıb. Hətta doğuş zamanı dünyaya gələn qız uşağına görə muştuluq da alıblar. Hər şey öz axarı ilə davam edirdi. Birdən gəlinin vəziyyətinin qəflətən dəyişdiyi bildirildi. Hamı xəstəxanada qaçışmağa başladı. Biz sonradan bildik ki, doğuş zamanı ana çoxlu qan itirdiyi üçün halı pisləşib və bu səbəbdən onu xilas etmək mümkün olmayıb. Lakin vaxtında xəstənin yaxınlarına bu barədə məlumat verilsəydi, belə olmazdı”.

Bu, Aynurə Abasovanın ilk doğuşu idi. O, Taleh Abasovla 1 il 2 ay idi ki, ailə həyatı qurmuşdu.

Kriminal, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti