Yazı İçi 468×60

mehkemeQuba Rayon Məhkəməsində baş vermiş hadisə ilə bağlı İşçi Komissiya yaradılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya açıqlamasında bildirib ki, Komissiyanın üzvləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən təşkil olunub.

Onun sözlərinə görə, artıq sabah Komissiya üzvləri, Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevanın rəhbərliyi ilə Qubada 10 yaşlı Nuray Bayramzadə və onun ailə üzvləri ilə görüşəcəklər: “Komissiya hazırda araşdırmanı davam etdirir. Araşdırmalara əsasən, ola bilsin iddia qaldırıla bilər. Dövlət Komitəsi uşaq hüquqlarının pozulması ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görür”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən yol verilən kobudluq əksini tapıb.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."