Yazı İçi 468×60

rovsenAzərbaycanda kriminal qruplaşmalar arasında dəhşətli vəziyyət hökm sürür.

“Kriminal general” Rövşən Lənkəranskinin öldürülməsindən sonra bu sahədə hegemonluq üstündə sözün əsl mənasında ölüm-dirim mübarizəsi gedir. BakiPost.az xəbər verir ki, bu işdə hazırda Azərbaycanda həbsdə olan Lotu Quli ləqəbli Nadir Səlifovun tərəfdarları vəziyyətə nəzarət etməyə başlayıb. Belə ki, onlar vaxtilə Lotu Quliyə qarşı olan adamları bir-bir cəzalandırır, “oğru dünyası”ndan xaric edirlər.

Bu sahədə ən amansız mübarizə isə şübhəsiz ki, Lotu Qulinin əsas düşməni olmuş Lənkəranskiyə yaxın hesab edilən adamlara qarşıdır. Buna görə də İstanbulda qətlə yetirilən qanuni oğruya vaxtilə yaxın olmuş adamlar çıxılmaz bir duruma düşüblər: onların bəziləri ağır işgəncələrə məruz qalır, aşağılanır, cinayətkar aləmdə biabır edilirlər.

Təqdim etdiyimiz videoda da vəziyyətin nə dərəcədə dözülməz olduğu, insanlara qarşı hansı vəhşilikərin edilməsi öz əksini tapır. İşgəncə verilən adamların kimliyini imkan qədər gizli saxlamağa çalışmışıq. Amma kadrlardan açıq görünür ki, işgəncə verən şəxslər Lotu Qulinin adamlarıdır. Onlar “çarmıxa” çəkdikləri şəxslərin vaxtilə Lotu Quli haqqında dediklərinin hesabını soruşurlar, ağır işgəncələrə məruz qoyaraq “böyük qardaşdan” üzr istədirlər.

Məlumat üçün deyək ki, belə hesablaşma videoları kifayət qədər çoxdur və onlar sosial şəbəkələr, xüsusən də cinayətkar aləmə yaxın şəxslər arasında Votsap vasitəsilə yayılır. Bununla da “sındırılan” şəxslər ifşa edilir.

Lənkəranskiyə yaxınlığı bildirilən avtoritetlərdən ikisinə verilən işgəncənin videosunu təqdim edirik:

 

 

Yenicag.az

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 42
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."