!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qulu Məhərrəmli Xoşqədəmə sahib çıxdı

!Reklam – Yazi

qulu_mBildiyimiz kimi Milli Teleradio Şurası Xoşqədəm Hidayətqızının ANS kanalında apardığı “Sən tək deyilsən”, “Səni axtarıram” kimi verilişlərini bağlayıb.

Görəsən, qurumun bu qərarı nə dərəcədə doğrudur?

Televiziya şərhçisi Qulu Məhərrəmli: “Ümumiyyətlə bu tip verilişlər, hay-küylü şoularla bağlı cəmiyyətdə müəyyən bir narazılıq var. Tamaşaçıların müəyyən qismi belə verilişlərdən narazıdır. Hər halda ictimai rəydə belə verilişlər mənfi qiymətləndirilir. Ona görə hesab edirəm ki, MTRŞ-ın məsələyə müdaxilə etməsi yerindədir. Çünki bu yayım sahəsində dövlət siyasətini tənzimləyir. Amma burada bir incəlik var, MTRŞ-ın qərarı həddən artıq sərtdir. Çünki hazırda yeni televiziya mövsümü başlayır. Konkret ANS-in iki verilişilə bağlı daxili infrastruktur buna yönəlib. Yəni planlaşdırmalar həmin iki verilişə görə uyğunlaşdırılıb. Belədə həmin verilişlərin bağlanması televiziyada müəyyən, o cümlədən maliyyə çətinlikləri yaradır. Hesab edirəm ki, MTRŞ qərar verməmişdən öncə, bir ay əvvəl xəbərdarlıq etməli idi. Televiziya tədbir görmədiyi halda həmin verilişlərlə bağlı bağlanma qərarını vermək olardı. İkinci nüans MTRŞ-ın öz səlahiyyətlərini artırmasıdır. Bu qurum telekanalların yayım, redaksiya siyasətinə birbaşa qarışa bilməz, ancaq tövsiyyələr verə bilər. Amma bunu qərar formasında təqdim etmək səlahiyyətləri artırmaqdır. Bütövlükdə götürdükdə deməliyəm ki, ölkə televiziyaları tamaşaçılarının xeyli hissəsini artıq itirib. Gənclər, intelektual təbəqə bu verilişlərə baxmır. Bu da itirilmiş auditoriyadır. Ona görə də belə tədbirlərin görülməsi müəyyən dərəcədə televiziyaları ciddi addımlar atmağa vadar etməlidir”.

 

ELÇİN

www.yenicag.az

698
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv