www.sinerjipro.net

SinerjiProWide
Reklam

img1881409Quran səhifələrinin cırılması keçən gecə Almaniyanın Zul şəhərində iğtişaşlara səbəb olub.

Yenicag..az xəbər verir ki, qaçqınlar və polis arasında toqquşma nəticəsində ən azı 13 nəfər xəsarət alıb.

Zul şəhərində yerləşən qaçqın sığınacağında yaşayan şəxsin Quran səhifələrini cırması qonşularının qəzəbinə səbəb olub. Qəzəbə səbəb olmuş kişi sığınacağın mühafizəçilərinin qaldığı gözətçi məntəqəsində gizlənə bilib. Onlarla adam gözətçi məntəqəsinə hücuma keçərkən hadisə yerinə polis çağırılıb.

Hadisə yerinə gələn polisi isə daş və armaturlarla silahlanmış əlliyə yaxın qəzəbli adam qarşılayıb. Toqquşma zamanı hətta polis avtomobilinin üstündən pəncərədən mebel atıblar. İğtişaşda 3 nəfər polis, 10 nəfər sığınacaq sakini olmaqla, 13 nəfər xəstəxanaya çatdırılıb. Qəzəbli kütləni yalnız 3 saata yatırtmaq olub.

Zul şəhərindəki qaçqın sığınacağı son bir neçə həftədə qaçqınlarla dolub. Orada 122 nəfər yerinə 1800 adam yaşayır. Şəhər meri dəfələrlə oranı bağlamaqla təhdid edib.

Statistikaya görə 2014-cü ilin əvvəlindən bu yana 65700 qaçqın Almaniyadan sığınacaq istəyib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 35
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."