www.sinerjipro.net

SinerjiProWide
Reklam

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda sabah səfərdə İngiltərənin “Çelsi” klubunun qonağı olacaq.

Yenicag.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu gün Londonda baş tutan oyundan öncəki mətbuat konfransında öz fikirlərini bildirib:

“Çelsi” dünyanın ən güclü klublarından biridir və bu mövsüm Çempionlar Liqasının qalibi olmağa namizəddir. İlk oyunda belə rəqiblə qarşılaşmağımız fərqli bir görüntüdür. “Çelsi”nin baş məşqçisi də dünyanın ən güclü məşqçilərindəndir.

Bilirik ki, ilk dəqiqələrdən rəqib bizi müdafəyə oturtmağa cəhd edəcək. Lakin biz də hücum etməkdən çəkinməyəcəyik, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Rəqibin heyətində hər hansı bir futbolçunu fərqləndirməyim düzgün deyil. Rəqibdə ehtiyat oyunçu anlayışı yoxdur, meydana kim çıxırsa, “Çelsi”ni təmsil edir. Antonio Konte çox ambisiyalı məşqçidir. İnanmıram ki, hansısa oyuna məqsədsiz şəkildə çıxsın. “Çelsi”nin heyəti güclü futbolçulardan ibarətdir və rəqibdən asılı olmayaraq, sabah onlar qələbə üçün meydana çıxacaq”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4208
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.