!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qurban Qurbanov bossdur, gülmür, içkini xoş qarşılamır - "Qarabağ"ın legioneri

!Reklam – Yazi

“Qarabağ”ın futbolçusu Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib.

Yenicag.az xəbər verir ki, təcrübəli müdafiəçisi Ağdam klubunda çıxışından, Azərbaycandakı həyatından və bir sıra maraqlı məqamlardan danışıb.

Bakıda “Port-Baku”da qaldığını bildirən polşalı oyunçu paytaxtımızda gördüklərindən təəccübləndiyini bildirib: “Komandanın 9 əcnəbi futbolçusu ilə birlikdə “Port-Baku”da qalırıq. Orada ticarət mərkəzi, restoran, kafe, bir sözlə hər şey var. Gördüklərimə yaxşı mənada təəccübləndim. Azərbaycanlılar xoş, mehriban və kömək etməyi sevən insanlardır”.

Jezniçak baş məşqçisi Qurban Qurbanovdan və komandadakı ortamdan da söz açıb:

“O, tələbkar məşqçidir. Demək olar ki, heç gülmür. Amma möhtəşəm məşqçidir. Qurbanov bayram etmir. Çempionlar Liqasının qrupuna düşdükdən sonra paltardəyişmə otağında xeyli rəqs etdik. Komandamızda müsəlman çoxdur. Alkoqol yaxşı qarşılanmır və bütün əcnəbilər buna hörmətlə yanaşırlar. Baş məşqçi bossdur və qaydaları o müəyyənləşdirir”.

Təcrübəli futbolçu “Qarabağ”la sabiq komandası “Legiya”nın da müqayisəsini aparıb:

“Legiya”nın cari mövsümdə qeydə alınan nəticələrini nəzərə alsaq, deməli, Polşa klubunu vaxtında tərk etmişəm. Ən azından Çempionlar Liqasında çıxış etməyəcəkdim. “Qarabağ” səviyyəli komandadır. Bu iki komanda daha əvvəl qarşılaşsaydı və  “Legiya”nın əvvəlki heyəti olsaydı, “Qarabağ” uduzardı.

Yakub eyni zamanda bildirib ki, indiyədək heç bir rəqib futbolçu ilə forma dəyişməyib: “Bir dəfə də olsun, bunu etməmişəm. Çünki öz formalarımı yığıram, daha sonra onları xeyriyyə hərraclarına çıxarıram. Karyeramı bitirdikdən sonra muzey açmaq haqda düşünmürəm”.

www.yenicag.az

6594
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv