!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qurban Qurbanov: "Heç bir rəqibdən çəkinmirik"- VİDEO

!Reklam – Yazi

Danimarkanın “Kopenhagen” klubunu mübarizədən kənarlaşdıraraq, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” səhər saatlarında Bakıya qayıdıb.

Yenicag.az xəbər verir ki, ağdamlıların baş məşqçisi Qurban Qurbanov tarixi zəfərlə bağlı fikirlərini bildirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.

“Bütün azarkeşlərimizi, xalqımızı təbrik edirəm. Oyun bir qədər çətin keçdi. Düşünürəm ki, əsl final matçı idi. Belə oyunlar bizə ancaq fayda verir. Çempionlar Liqasının qrup mərhələsinə yüksəldik. İlk dəfə idi ki, bu turnirin pley-off mərhələsində iştirak edirdik. Allaha şükürlər olsun ki, hər şey bizim tərəfimizdə oldu. Hisslərimi tam olaraq sözlə ifadə edə bilmərəm”.

– Sizi ilk təbrik edən kim oldu?

– Yadımda deyil (gülür).

– Qarşılaşma başa çatandan sonra gözyaşınızı saxlaya bilmədiniz…

– Düzdür, belə hal oldu. Normaldır. İşimizdə belə məqamlar da olur.

– İbrahim Şehiçin buraxdığı ilk qoldakı səhvindən sonra biranlıq nə düşündünüz?

– Səhvsiz futbol olmur. Qollar hamısı səhvlərdən sonra əmələ gəlir. Buna görə də xüsusi bir şey düşünmədim.

– Qrup mərhələsində arzuladığınız rəqib varmı? Püşkdə kimlərin “Qarabağ”la eyni qrupda yer almasını istərdiniz?

– Heç bir rəqibdən çəkinmirik. Kiminlə eyni qrupa düşəcəyiksə, çıxıb oynayacağıq.

– Sevinclərindən gecə yata bilməyən azərbaycanlı futbolsevərlərə nə sözünüz var?

– Hər birinə təşəkkür edirəm. Düşünürəm ki, bu uğurumuz Azərbaycan xalqına futbolu daha da sevdirdi. Azarkeşlərimiz şadlanırlar, bundan sonra futbola maraq daha da artacaq. Biz futbolu onlar üçün oynayırıq. Hər birini təbrik edirəm. Fikrimcə, son oyunlar bizi daha da möhkəmləndirəcək.

Emin Səfərov

Yenicag.az

www.yenicag.az

1112
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv