!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qurban Qurbanov "Kopenhagen" barədə: "Şansımız var"

!Reklam – Yazi

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşacaq.

Yenicag.az xəbər verir ki, ağdamlıların baş məşqçisi Qurban Qurbanov açıqlamasında püşkatmanı dəyərləndirib: “5 potensial rəqibimizin hər biri ilə qarşılaşmağı gözləyirdik, bu baxımdan “Kopenhagen” də istisna deyildi. Rəqibimizin gücü bəllidir, vaxtımız azdır, istənilən halda şansımız var və şansımızdan istifadə etməyə çalışacağıq. Buna baxmayaraq, rəqibi analiz edib oyuna maksimum şəkildə hazırlaşacağıq”.

Qeyd edək ki, pley-offun ilk oyunları avqustun 15-16-da, cavab görüşləri 22-23-də keçiriləcək.

Yenicag.az

www.yenicag.az

1037
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv