www.sinerjipro.net

SinerjiProWide
Reklam

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” qrup mərhələsinin 3-cü turunda “Atletiko” ilə bərabərə qalıb.

Yenicag.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransına qatılıb. O, əvvəlcə qarşılaşma barədə fikirlərini bildirdikdən sonra, jurnalistlərin suallarını cavablandırıb.

– Bütün futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Həqiqətən də ağır idi. Oyunun sonuna qədər var gücümüzlə oynadıq. Azarkeşlərimizə də təşəkkür edirəm. Sonadək bizimlə oldular. Çox vacib xal qazandıq.

– “Qarabağ” bundan əvvəlki oyunları niyə belə oynamırdı?
– Hamımıza məlumdur ki, bir işə yeni başlayanda həyəcan çox olur. Bu gün bərabərə qaldıqsa, bu o demək deyil ki, rəqiblə başabaş mübarizə apardıq. Tədricən daha da yaxşı oynayacağıq. Təcrübə daha böyük rol oynadı.

– Oyundan sonra Dino Ndlovu ilə söhbətiniz oldumuz? Penalti epizodu ilə bağlı nə deyə bilərsiniz?
– Hakim yanlış qərar verdi. Hətta penalti olmasaydı belə, ondan əvvəlki epizodda “sarı” verməməliydi. Dinonun özü də çox üzgün idi. Hamımız da bunu normal qarşıladıq.

– Bu günlərdə övladını itirən Donald Gerrye “Atletiko” ilə matça psixoloji cəhətdən hazır idi?
– Övlad itirmək çox ağırdı. Komanda olaraq, onun yanında olduq. Mənim də görüşümdən sonra gəlib, məşqdə iştirak etdi. Futbol bəzən ağrı və acını yaddan çıxarır. Ona ehtiyacımız var idi. Matçın sürətini artırmaq və hava toplarında daha kəsərli olmaq üçün Gerryeni meydana buraxdım.

– Matçın sonlarında zədə alan Bədavi Hüseynovun durumu nə yerdədi?
– Həkimlərin bu gün dediyi fikir heç də xoş deyil. Dizində ağrıları var. Sabah rentgendən keçəcək, ondan sonra dəqiq bilinəcək.

– Hakim matçın əsas vaxtına 3 dəqiqə əlavə edəndə və “Atletiko”nun son hücumları zamanı nə düşünürdüz?
– Düşünəcək bir şey yox idi. Tanış hisslərdi. Cərimə zərbəsi təyin etdiyi epizodda bir az anlaşılmazlıq oldu. Mən də narazılıq etdim. Çünki yan xətt hakimi ofsayd olduğunu işarə etmişdi. Amma epizodu analiz etdikdən sonra baş hakimin düzgün qərar qəbul etdiyini anladıq. Final fitinə qədər fikrim oyunda idi. Buna görə də, başqa heç nə düşünmürdüm.

– Bu gün meydandan qovulan Dino Ndlovunu Madriddəki qarşılaşmada kim əvəz edəcək? Bununla bağlı UEFA-ya şikayət edəcəksizmi?
– Variantımız çox deyil. Ya Mahir Mədətov, ya da Ramil Şeydayev oynayacaq. Buna vaxtı çatanda qərar verəcəyik. Epizodlara gəlincə, hakimin haqlı və ya haqsız olduğuna baxacağıq. Amma müraciətə ehtiyac görmürəm. Futbolda belə hallar olur. Bir dəfə şikayət etdik, aldığımız cavab hər kəsə bəllidi. Başımızı aşağı salıb, oyunumuzu göstərməliyik. Bizim müraciət edib, vaxt itirməyə ehtiyacımız yoxdu.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 11115
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.